İTTİHAM: Adil Vəliyev HANSI MƏZHƏBDƏNDİR? - VİDEO

28, 09, 21
13:30

İTTİHAM: Adil Vəliyev HANSI MƏZHƏBDƏNDİR? - VİDEO


Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü qeyd olundu. Respublika Prezidenti İlham Əliyevin «Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamda da qeyd edildiyi kimi:

«Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq”.

Lakin çox təəssüflər olsun ki, Vətən müharibəsi şəhidlərinin heç ili çıxmamış yerlərdə bəzi məmurlar tərəfindən onların xatirəsinə hörmətsizlik əməlləri müşahidə olunur. Həm də öz cılız maraqları naminə. Bu günlərdə Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumata görə, Bakı şəhəri Sabunçu rayonundan Vətən müharibəsi şəhidi baş leytenant Kənan Süleymanlının atası Sadıx kişi Sabunçu qəsəbəsində öz yaşadığı ünvanda mərhum oğlunun xatirəsini əbədiləşdirmək üçün “Şəhid bulağı” inşa etdiribmiş. Məlumatda qeyd olunur ki, Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qəsəbə İcra nümayəndəsi vasitəsilə şəhid atasına ismarıc göndərib ki, ya bulağın inşasını rayon rəhbərliyinin adına çıxaracaq tədbir keçirilməsinə razılıq verməli, ya da bulaq sökülməlidir. Təbii ki, şəhid atası bu təklifə razı olmayıb. Söküntü işinin icrası əvvəlcə qəsəbə icra nümayəndəsi Məhəmməd müəllimə tapşırılıb. Nümayəndə hər şeyi, hətta işdən qovulacağını gözə alıb bu işə qol qoymayacağını bildirib. Sonra bu idbar vəzifə Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənova həvalə edilib. Əlfəddin Həsənov da icra başçısı Adil Vəliyevə “ləbbeyk” deyərək, qolunu çırmalayıb həvəslə bu işə girişib, bazardan 20 manata fəhlə tutaraq əlinə gürz verib. Əslən Füzuli rayonundan olan Əlfəddin hətta heç şəhid zabitin məhz Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmasını, şəhid atasının bulağın ətrafını yaşıllaşdırmasını, bələdiyyəyə gedən yolu asfaltlamasını da nəzərə almayıb, xəcalət hissi keçirməyib, utanıb-ölüb yerə girməyib. Yalnız şəhid atası Prezident Administrasiyasına üz tutandan, oradan Sabunçu İcra Hakimiyyətinə göstəriş veriləndən, ən nəhayət, Adil Vəliyev icazə verəndən sonra şəhid bulağı bərpa olunub.

Redaksiya olaraq, məsələ ilə bağlı Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənova zəng vurub münasibətini öyrənməyə çalışdıq. Sədr qəsəbədə uşaqdan-böyüyə hamıya məlum olan və nifrət doğuran bu hadisənin baş verdiyini təkzib edə bilmədi, lakin məsuliyyəti öz üzərindən uğursuzcasına atmağa çalışdı. Bildirdi ki, bulağı o özü yox, müavini sökdürübmüş.

Təbii ki, bu bəhanələrin yeri yoxdur. Bələdiyyə başqanları artıq anlamalıdırlar ki, indiyədək ancaq və ancaq satdıqları, pulunu icra başçıları ilə bölüşdükləri torpaq Vətəndir və özü də məhz uğriunda canından keçən şəhidlərin qanı bahasına Vətəndir. (Nyus.Az)

Mövzunu davam etdirəcəyik.


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın