Abşeronun baş həkimi Anım Günü tədbirinə qırmızı geyinib gəldi – Zakir Qaralovun bacısıdır?

28, 09, 21
09:00

Abşeronun baş həkimi Anım Günü tədbirinə qırmızı geyinib gəldi – Zakir Qaralovun bacısıdır?


27 Sentyabr Azərbaycanda Anım günü qeyd olundu. Bu gün vətən uğrunda canından keçən igid oğul və qızlarımızı andıq, dualar oxuduq, onların keçdiyi zəfər yoluna işıq saldıq.

Anım Günü  adından da göründüyü kimi bayram günü deyil, anım günüdür. Amma və lakin bəziləri savadsızlıqdanmı, yoxsa harınlıqdanmı bu günün mahiyyətini başa düşmür və ya qulaq ardına vurur.

Ölkənin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciəti, Anım Yürüşü və diğər tədbirlərdə şəhidlərimizin şücaətindən danışılır, onları yad edirik…

“Facebook” sosial şəbəkəsində Sima Babayeva adlı profil istifadəçisi bir neçə şəkil paylaşaraq iddia edir ki, Abşeron rayonun baş həkimi Mehriban Qaralova Anım Günü tədbirinə qırmızı paltarda gəlib.

Şəkillərdən də göründüyü kimi, M Qaralova tədbirdə qırmızı paltarda, qırmızı ayaqqabıda, hətta qırmızı maskada olub.

Maraqlıdır, Abşeron rayonun baş həkimi Mehriban Qaralova nə düşünür? Adam anlamayıbmı ki, bu gün Anım Günüdür və bu tədbirə qırmığı geyinmək olmaz? Doğurdanmı bu adamlar Anım Günü ilə Bayram gününü qarışdırırlar. Bu savadsız adamları kim saxlayır vəzifədə?…


Kimdir Qaralova?

Əldə etdiyimiz məlumata görə, Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın ən yaxın rəfiqələrindən olan Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun bacısıdır. Bəli, Zakir Qaralovun bacısı Mehriban Qaralova Anım Günündə qırmızı rəngə boyanaraq ünvanı və tarixi səhv salıb. İcra başçısı İradə Gülməmmədova da ona “get bir qara don geyin” deməyə cürət etməyib.

Belələri Vətən yolunda canından keçən övladlarımızın qədrini zatən bilməz. Elə buna görə də, qırmızı Qaralova kimi “qırmızı adamlar”ın bu dövlət, vətən, torpaq, şəhid, qazi barədə danışmağa, anmağa nə tərbiyyəsi, nə də savası, idrakı çatmaz.

Qarşı tərəfi dinləyib mövqeyin dərc etməyə hazırıq

AZƏRBAYCANREALLIĞI.COM


Bizimlə əlaqə saxlayın