Şeyxin qudası “at oynadır” - VİDEO


Vətəndaş Seymur Quliyev eks-deputat Qalib Salahzadədən şikayətçidir.

Şikayəti isə Bilgəhdə dəniz sahilindəki ona məxsus torpaq sahəsinin eks-deputat tərəfindən zəbt olunmasıdır. Deyir ki, tikdirdiyi 2 ev tamamilə darmadağın edilib və yeri avtodayanacaq kimi istifadə olunur.

Seymur Quliyev bildirir ki, alqı-satqı yolu ilə 2004-cü ildə əldə etdiyi öz ərazisində bir neçə il ərzində 2 və 3 mərtəbəli iki villa, həyətlərində də hovuz tikdirib. Lakin günlərin bir günü ortaya əlində torpağa aid sənədi olan, evləri isə özünün tikdirdiyini iddia edən şərik çıxır. Lakin bu, hələ harasıdır? Bir müddət sonra torpağa əlində çıxarışı olan daha bir şərik çıxır.

Mətbuatda da dəfələrlə işıqlandırılan bu məsələ ilə bağlı artıq 14 məhkəmə prosesi keçirilib.

Seymur Quliyev məsələ ilə bağlı dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin də qəbuluna düşməyə çalışıb. Hətta Konstitusiya Məhkəməsinin Seymur Quliyevin xeyrinə qərarı olsa da, zərərçəkmiş öz halal-hümmət əmlakına nə gedə, nə də yiyə dura bilir.

Seymur Quliyevin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi də başlanıb. Hətta eks-deputat Qalib Salahzadə şikayət əsasında dindirilib.

“Bəzi maddələr üzrə isə istintaqın davam etdirilməsinə razılıq almaq üçün idarə prokurorluq qarşısında vəsasət də qaldırıb. Lakin ötən il mayın 14-dən cinayət işinin icraatından bir xəbər yoxdur”, - deyə şikayətçi bildirib.

Baku TV məsələ ilə bağlı aidiyyəti qurumlardan qəti mövqe öyrənməyə çalışsa da, cavab verilməyib.

Qeyd edək ki, Qalib Salahzadə QMİ sədri Allahşükür Paşazadənin qudasıdır. 


Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

  • 13 okt, 22:00
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham
Lalə Azərtaş yeni verilişlə geri döndü

Lalə Azərtaş yeni verilişlə geri döndü

  • 11 okt, 22:00
Lalə Azərtaş yeni verilişlə geri döndü 
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

  • 30 sen, 21:00
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

  • 19 sen, 16:30
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar