Nazirin NƏZƏRİNƏ: Zaqatala təhsil şöbəsinin müdiri saxtakarlıq edir - VİDEO


Zaqatalada baş verən qanunsuzluqları ifşa edən video görüntülər və bizim YouTube kanalımızda etdiyimiz tənqidi fikirlərimizdən dərhal sonra rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov Muxax 1 saylı məktəbin bütün müəllimlərini rayon təhsil şöbəsinə çağıraraq onlara ərizə yazdırıb Ərizədə göstərilib ki,Muxax 1 saylı məktəbin direktoru Ədalət Novruzova müəllim kollektivindən heç vaxt pul yığmayıb və Zaqatala təhsilində ümumiyyətlə, rüşvət faktoru yoxdur.

Mənbə qeyd edir ki, bu deyilənlər dünən 23 sentyabr 2021 ci il tarixində həyata keçirilib.

Ümumiyyətlə,son vaxtlar Zaqatala rayonu barəsində xeyli xoşagəlməz məlumatlar gəlməkdə davam edir.Rayonda məmur özbaşınalığı, rüşvət halları, bürokratik əngəllərlə müşayiət olunan süründürməçilik və sair barədə şikayətçilər bildirirlər.

Bütün baş verənlərə isə icra başçısı Mübariz Əhmədzadə sanki görmürmüş kimi susur.Odur ki,rayonda məmur özbaşınalığı tüğyan edir, insanlar kütləvi şəkildə mərkəzi hakimiyyət orqanlarının fəaliyyətindən narazı salınır.

Bir daha qeyd etmək istəyirik ki, Zaqatala rayon təhsil şöbəsi və Muxax 1 saylı tam orta məktəbdən əldə etdiyimiz məlumatları ictimaiyyətə təqdim etmişik və hesab edirik ki, Zaqatala təhsil sahəsində ciddi problemlər var, rüşvət halları geniş şəkildə davam edir.Eyni zamanda bu məsələdən həm təhsil şöbəsinin müdiri Habil Qurbanovun həm də icra hakimiyyətinin başçısı hörmətli Mübariz Əhmədzadənin xəbəri var.Çünki adı çəkilən məktəbdə sübut kimi səs yazısı var və yenidən həmin audio faktı ictimaiyyətə təqdim edirik.

Biabırçı hal bundan ibarətdir ki, adıçəkilən rəsmilər səhvlərini düzəltmək əvəzinə YouTube kanalımıza söyüş, təhqiredici ifadələr yazmaqla məşğul olurlar. Bu şərhləri yazanlar direktor Ədalət Novruzovanın iki qızı,qardaşları,qardaşları uşaqları,ən yaxın çevrəsinə daxil olan adamlar və məktəbin bir neçə beş-altı nəfər müəllimidir.Bu göstərişi onlara təhsil şöbəsinin müdiri Habil Qurbanov verib.

Biz Muxax 1 saylı tam orta məktəbdə baş verən digər qanunsuz əməlləri tezliklə yenidən ictimaiyyətə təqdim edəcəyik.Hələki mövzuda əks olunan audio yazını yəni məktəbin direktor müavini olan xanım müəllimənin digər müəllimədən pul tələb etməsi faktını yenidən ictimaiyyətə təqdim edirik.

Redaksiyadan: Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Videoları bəyənin, paylaşın və kanalımıza abunə olmağı unutmayın. (azinfo.tv) 




Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

  • 13 okt, 22:00
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham
Lalə Azərtaş yeni verilişlə geri döndü

Lalə Azərtaş yeni verilişlə geri döndü

  • 11 okt, 22:00
Lalə Azərtaş yeni verilişlə geri döndü 
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

  • 30 sen, 21:00
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

  • 19 sen, 16:30
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar