İLK DƏFƏ - Ukrayna Rusiyanı BU RAKETLƏ VURDU
İLK DƏFƏ - Ukrayna Rusiyanı BU RAKETLƏ VURDU
Ukrayna ilk dəfə Amerika istehsalı olan ATACMS raketləri ilə Rusiyanın ərazisinə zərbə endirib. Raketlər Briyan regionunda bir silah anbarını hədəf alıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə jurnalist, "Censor.net" nəşrinin baş redaktoru Yuri Butusov məlumat verib.
“Ukrayna Baydenin icazəsi ilə Rusiya Federasiyasına raket zərbələri endirib!", - o yazıb.
Qeyd edək ki, ATACMS (Army Tactical Missile System) uzun mənzilli, çox güclü və müxtəlif döyüş başlıqları daşıyabilən raketlərdir.
Bu raketlər ABŞ tərəfindən Ukraynaya verilən və döyüşlərdə istifadəsinə icazə verilən ən yeni texnologiyalardan biridir.
Raketlərin məqsədi strateji obyektləri və dərinlikdə yerləşən hədəfləri vurmaqdır, hansı ki, bu da Ukrayna ordusunun hücum imkanlarını artırır.
Yuri Butusovun verdiyi məlumata görə, zərbələr hədəfə dəqiq çatıb və ciddi dağıntılara səbəb olub.
Zərbə nəticəsində Rusiyanın mühüm hərbi ehtiyatları olan anbarın böyük zərər gördüyü bildirilib.