Əhməd İsmayılov necə yüksək vəzifə tutub? – Qəribə fakt

24, 08, 21
21:00

Əhməd İsmayılov necə yüksək vəzifə tutub? – Qəribə fakt


Media İnkişaf Agentliyinə bir “matros”un – Dəniz Gəmiçilik Administrasiyasında hüquq şöbəsində, ardınca aparatda vəzifə tutmuş şəxsin rəhbər gətirilməsinin qəribəliyi azmış kimi, indi də onun təhsil və karyera yüksəlişindəki qəribəlik, ziddiyyət beyinləri qarışdırıb.

Reportyor.info xəbər verir ki, söhbət MİA-nın, dənizçiliyi “fəth” edib, Azərbaycan mediasında “fətir” yapan rəhbəri Əhməd İsmayılovun magistr təhsili olmadığı illərdə dövlət qulluğunda yüksək vəzifə tutmasından gedir.

Məlum olur ki, Ə.İsmayılov 2016-cı ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.

Lakin magistr dərəcəsini almamışdan 5 il qabaq – hələ 2011-ci ildən o, Dövlət Dəniz Administrasiyasında Aparat rəhbəri postunda çalışıb, ta 2018-dək… Yəni 2011-ci ildən Aparat rəhbəri olub, amma magistr dərəcəsini 5 il sonra 2016-cı ildə alıb. Bu, hansı məntiqə uyğundur?

Yalnız istisna hallarda, imtiyazlı şəxslər və xüsusi fərqlənən kadrlarla bağlı belə bir güzəşt tanına bilər.

Ə.İsmayılov isə nə DDA-da qeyri-adi qabiliyyətinə, nailiyyətinə görə seçilib, nə bu günə kimi adı ictimaiyyətə məlum olub.

Yalnız MİA-nın başına gətirildikdən sonra aydınlaşıb ki, mətbuatın idarəçiliyi ona həvalə edilib. Özü isə hər zaman yaxın çevrəsində etiraf edir ki, media ilə heç bir əlaqəsi olmayıb, bu sahədə təsadüfi adamdır.

Elə görünür, Aparat rəhbəri vəzifəsinə yüksəlişi də təsadüfi olub. Əks halda, magistr təhsili olmayan adam 5 il bu vəzifəni daşıya bilməzdi.

İndisə magistr təhsilli Ə.İsmayılov bu absurd təhsil karyerası ilə medianı ağ günə çıxarmaq istəyir.

Lakin elektron mediaya maliyyə ayrılmasında ilk siyahıdan bəlli oldu ki, Agentliyin icraçı direktorunun nə mətbuatla, nə də dənizçiliklə əlaqəsi olub.

Çünki əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlayıb. Elə həmin kollecdə pedaqoji fəaliyyətini davam etdirsə, bəlkə daha uğurlu alınar…

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın