“40 ildir camaatı mən aldadıram…“ - Flora Kərimova iddialara cavab verdi - VİDEO

10, 08, 21
16:00

“40 ildir camaatı mən aldadıram…“ - Flora Kərimova iddialara cavab verdi - VİDEO


Xalq artisti Flora Kərimova vaxtilə “Tıq-tıq xanım” cizgi filminin mahnısını onun oxumadığını iddia edənlərə cavab verib.

Azerbaycanrealligi.com xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramında qonaq olan sənətçi mahnını özünün oxuduğunu bildirib:

“Bir dəfə Xuraman xanım mənə zəng etdi dedi ki, “Tıq-tıq xanım”ı siz oxumamısınız? Dedim, mən oxumuşam. Mənə bildirdi ki, telekanallardan birində bağırırlar ki, həmin mahnını siz oxumamısınız. Televizoru açdım, gördüm deyirlər ki, “Sən demə, bu mahnını Flora Kərimova oxumayıb”.

Belə çıxdı ki, mən 40 ildir camaatı aldadıram. Bu həyatda savaşım düz söz üstə olub. Mənə bu söz çox toxundu. Getdim studiyaya, düşdüm mühasibatlığa, oradan sənəd aldım. Heç vaxt mühasibatlıqdan gedib pul almamışam, qonorar yazılırdı, sənədlərə qol çəkirdim, amma pulu almırdım. Gedib sənədləri götürdüm. Aləmi qatdım bir-birinə. Yanımda operator dostumuz var idi, o da hər şeyi çəkirdi. Nəfəsimdən bilinir ki, o mahnını mən oxumuşam, mənim ifam kübar ifadır. Təvazökarlıqdan uzaq olacaq, amma bu həqiqətdir ki, mənim ifam estradada milyon ifadan fərqlənir. Adını çəkmək istəmirəm, haqqımda bu iddianı səsləndirən, mahnını özünün oxuduğunu deyən xanımın səsi heç mənim səsimin yanından da keçmir. Mən o xanımı evimdən qovmuşdum”.

Həmin görüntüləri təqdim edirik:




Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın