“Xomeneinin fətva verməsi bizi qələbəyə apardı” - Şeyx bu çıxışına görə sərt tənqid olundu - VİDEO

22, 07, 21
16:00

“Xomeneinin fətva verməsi bizi qələbəyə apardı” - Şeyx bu çıxışına görə sərt tənqid olundu - VİDEO


“Qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var”.

Azerbaycanrealligi.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

“Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xomeneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”, - deyə Şeyx bildirib.

Qeyd edək ki. Allahşükür Paşazadənin İranla bağlı dedikləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Şeyxdən istefa verməsini tələb ediblər.

Həmin videonu təqdim edirik:


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın