Üçtərəfli bəyanatın icrası: “Zəngəzur dəhlizi“ gündəmdədir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfərinin əhəmiyyətli tərəflərindən biri 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəs barədə bəyanatın icra vəziyyətinin müzakirəsidir. Prezident İlham Əliyev Rusiyanın dövlət başıçısı Vladimir Putinlə görüşdə bu məsələyə diqqəti çəkərək bildirib: “Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

“Zəngəzur dəhlizi” ilə bağlı məsələ də dövlət liderlərinin müzakirə etdikləri başlıca mövzu olub. Bəyanatın 9-cu maddəsində bildirilib: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Ancaq təəssüf ki, Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan 8 ay əvvəl imzaladığı sənədin bu maddəsini təhrif edərək bildirib ki, guya rəsmi Bakı Ermənistan-Gürcüstan-Azərbaycan-Rusiya dəmiryolunun açılmasından imtina edib.

Məlum məsələdir ki, Ermənistan təcavüzkar tərəfdir və bu müharibədə kapitulyasiya olduğu üçün bütün şərtləri qəbul etdiyindən onları yerinə də yetirməyə borcludur. Bu baxımdan rəsmi İrəvan hərbçilərinin Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarından çıxarmaqla yanaşı, "Zəngəzur dəhlizi"nin açılması istiqamətində üzərinə düşən öhdəliyə əməl etmir. Bunu müxtəlif bəhanələrlə uzatmağa çalışır. Rəsmi İrəvanın öhdəliyinə əməl etməməsi isə regionun inkişafına və təhlükəsizliyinə problem yaradır.

Ermənistanda növbədənkənar seçkilər keçirildi. İyulun 26-da yeni parlamentin ilk iclası keçiriləcək. Parlamentdə səs çoxluğuna malik olduqlarından Nikol Paşinyanın yenidən hökumət başçısı seçilmək şansı da var. Odur ki, bu hökumətin noyabrın 10-da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsində maneələrlə üzləşməsi ehtimalı azdır. Nikol Paşinyan və Ermənistanda boşboğazlıq edib müharibədən və ya Zəngəzurla bağlı reallığı əks etdirməyən məsələlərdən danışanlar erməni cəmiyyətinin də xeyirinə olacaq beynəlxalq layihələrin reallaşmasını ənəgəlləmiş olurlar. Ola bilsin, bu məsələdə onlar sponsorlarından hansınınsa sifarişini yerinə yetirirlər. Çünki Ermənistanın havadarları birmənalı deyil. Bu baxımdan Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri məlum bəyanatın icra vəziyyətinin dəyərləndirilməsi baxımından uğurlu sayıla bilər. Çıxışlardan da məlum olur ki, prezidentlərin görüşü uğurlu keçib. Rəsmi Bakı və Moskva "Zəngəzur dəhlizi"nin açılmasına əhəmiyyət verir. Bu, dəmiryolu və avtomobil yolunun açılması məsələsində də özünü göstərir.

Əslində, üçtərəfli sənədin yerinə yetirilməsi bu dəhlizin açılmasından keçir. Çünki dəhliz açılmazsa, tərəflər arasında əməkdaşlıq mümkün olmayacaq. Bəyanatın bu maddəsinin reallaşması tərəflər arasında etimad mühitinin yaranmasına da yardım edəcək. Bu, Ermənistanla Azərbaycan arasında dövlət sərhədi məsələsinin həllinə təkan verər. Sərhədlərin tanınması isə perspektivdə tərələf arasında sülh sazişinin imzalanmasını tezləşdirər.

Beləliklə, regionda sülhün yaranması, təhlükəsizliyin təmini və əməkdaşlıq "Zəngəzur dəhlizi"nin açılması ilə başlayır. Bu mühüm məsələnin reallaşmasında Rusiyanın Azəbaycanla eyni mövqedə olması isə bölgənin inkişafına bir çox baxımdan müsbət təsir göstərə bilər.

Azerbaycanrealligi.com


Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

  • 21 iyl, 19:00
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

  • 10 iyl, 22:00
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“
“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

  • 30 iyn, 19:00
"Azerbaycan'da yas törenlerinde masada tek bir votka yok" - Rasim Balayev
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

  • 24 iyn, 22:30
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar