Millət vəklinin itthamları təsdiqləndi - Jurnalistlər binasında şıdırğı ev satşı


 Jurnalistlərə dövlət başçsı tərəfindən verillən mənzillərlə bağlı qalmaqal bir neçə gündür səngimək bilmir. Millət vəkili Etibar Əliyevin açıqlamasına görə jurnailst adı ilə katibələrə, sürücülərə evlər verilib. Bu sənət beləcə ucuzlaşdırılıb. Tanıdıqlarımızın bir neçəsi isə verilən evləri satıblar. Belə belə hallar davam etməkdədir. Belə olan təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir. Bu çıxışı demək olar ki, bir çoxları həzm edə bilməyib.

Daha sonra millət vəkilinin jurnalistlərə verilən evlərin satışa çıxarılması haqda özünün facebook hesabında paylaşım izləyicilərin və ictimai fəalların diqqətini cəlb edib. Belə ki, milllət vəkili Etibar Əliyev idda ediri ki jurnalistlərə verilən, sahəsi 132 kvadratmetr, 3 otaqlı mənzil, Q Qiyməti 155.000 manat dəyərində satışa çıxarılıb. Səbail rayonu  Bayıl qəsəbəsi, İçəri Şəhər metrosu, Yeni Salyan yolu 22, Sahəsi 74 m² mənzil Qiymət 110 000 Manata satışa çıxarlıb.

Məsələ ilə bağlı Azerbaycanrealligi.com olaraq kiçik araşdırma apardıq. Bəzi əmlak saytlarına daxil olduqda məlum oldu ki, millət vəkilinin dedikləri həqiqəti əks etdirir. Belə ki, Əmlak.az saytında belə bir elana rast gəldik.

Jurnalistlərə dövlət tərəfindən verilən ikinci binada, birinci mərtəbədə fərqli dizaynda, yaxşı təmirli 3 otaqlı mənzil satılır. Mənzilin ümumi sahəsi 132 kvm-dir,.(sənəddə 123.6 yazılıb) işıq, qaz, su daimidir. 2 sanitar qovşağı, 2 balkonu var. Balkonlara dəmir barmaqlıqlar qoyulub. İstilik sistemi kombidir və tam işlək vəziyyətdədir. Mətbəx və holl genişdir, internet cəkilib. Geniş və sakit həyəti, rahat parkinqi, uşaqlar üçün oyun meydançası var. Dayanacaq dərhal binanın qarşısındadır. Su İdmanı Sarayı və bulvara 5 dəqiqəlik piyada yol var. Mənzildə tam olaraq yaşayış olmayıb. Real alıcıya endirim olunacaq

Əmlakın növü: Yeni tikili

Sahə132 m2

Otaqların sayı-3

Yerləşdiyi mərtəbə-1

Mərtəbə sayı17

Təmiri: Yaxşı təmirli

Sənədin tipi: Çıxarış (Kupça)

Qiyməti  155 000 AZN

Daha sonra vipemlak.az daşnmaz əmlakların satış saytına daxil olduqda da sözü gedən ünvanda belə bir elanın yerləşdiyinin şahidi olduq.

Səbail rayonu. Bayıl qəsəbəsi, Salyan şossesi 22-də, yeni tikilidə gözəl mənzərəsi olan 2 otaqlı mənzil satılır. Qaz, işıq, su daimidir. Fiberoptik internet, kabel televiziyası, 24 saat gücləndirilmiş mühafizə, uşaqlar üçün futbol meydançası, avtomobili park etməyə geniş həyət. 

Əmlakın növü: Yeni tikili  

Otaq sayı-2

Sahə60 m²

Bakı şəhəri Səbail rayonu 20-ci sahə qəsəbəsi Salyan şossesi 22, mənzil 78  

Qiymət 88 000 Azn

Məsələ ilə bağlı elanlarda yerləşdirilən ev alqı-satqısı ilə məşgul olan Aqşin adlı vasitəçi ilə əlaqə saxladıq. O bildirdi ki, jurnalistlər binasında mütəmadi olaraq ev satlır. Hal-hazırda da satışda olan mənzillər var, ancaq bu işə, artıq, binaya yeni təyin olunan komendat baxır. Əgər real alıcıyıqsa ünvanı deyəcəyini və komendanta yaxınlaşmağımızı bildirdi. Digər vasitəçi ilə də əlaqə saxladıq. O, bildirdi ki, sözü gedən ünvanda hazırda təcili satılan bir mənzil var, balkon üzü dənizə baxır, real alcıyıqsa endirim edərik deyə bildirdi.

Azerbaycanrealligi.com 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

  • 21 iyl, 19:00
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

  • 10 iyl, 22:00
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“
“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

  • 30 iyn, 19:00
"Azerbaycan'da yas törenlerinde masada tek bir votka yok" - Rasim Balayev
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

  • 24 iyn, 22:30
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar