Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi - VİDEO

20, 07, 21
10:00

Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi - VİDEO


15 saylı Yasamal I seçki dairəsindən deputat Ülvi Quliyevin adından Vətən Müharibəsi iştirakçılarına göndərilən Qurbanlıq payı narazılığa səbəb olub. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, deputatın qazilərə göndərdiyi qurbanlıq ət payı köhnə kəsilmiş olub, eyni zamanda ətin rəngi də dəyişib. Namir Hasanlı adında qazimiz də bu “pay”dan alanlar arasındadır: “Bu edilən həqiqətən hörmətsizlikdir, biabrçılıqdır, ayıbdır.

Bu gün heçnə istəmədəyim halda “JEK”-dən zəng etdilər ki, deputat adiyyatı üzrə şəxslərə Qurban payı göndərib, mümkündürsə, gəlin. Belə bir tələbim olmadığı halda Qurban ətidir dedim, getdim götürdüm. Evə gəlib baxıram ki, ət bu halda, kiflənmiş, iylənmiş vəziyyətdədir.

Yaşadığım ünvanda, Yasamal rayonunda onlarla şəhid, qazi ailəsi var. Şəhid ailəsinə və yaxud digər bir ailəyə belə ət layiq görmək nəyə sığır? Heç nə, canları sağolsun! Vətən sağolsun!” Qazimiz deputatın adından göndərilən ətin videosunu da paylaşıb. Həmin görüntüləri təqdim edirik:


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın