Prezident SOCAR-ın vitse-prezidentlərini vəzifədən azad etdi

19, 07, 21
16:00

Prezident SOCAR-ın vitse-prezidentlərini vəzifədən azad etdi


Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin vitse-prezidentlərini vəzifədən azad edib.
Prezident İlham Əliyev M.İ.İsmayılovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezident İlham Əliyev B.B.Hüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında
Sərəncam verib.

Sərəncamla Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezidentin sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilsin.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın