15 ilin qadın məhkumu: “Vəhşi insana dönüb, öldürüb suya atdım” - VİDEO

14, 07, 21
16:30

15 ilin qadın məhkumu: “Vəhşi insana dönüb, öldürüb suya atdım” - VİDEO


“24 yaşlı qızım öldükdən sonra özümdə deyildim, bu hadisəni də onun ölümündən sonra törətdim”.

Azerbaycanrealligi.com xəbər verir ki, Bu sözləri 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunan 72 yaşlı İranə Bəhrəmova Baku TV-nin əməkdaşına deyib.

“Qızım həyat yoldaşından ayrıldıqdan sonra özündə deyildi. Nə qədər müalicə etsək də xeyri olmadı. Bir gün qardaşım bizə gəldi, qızımın harda olduğunu soruşdu, axtardım evdə tapmadım. O an uzaqda işıltı gördüm, qaçdım ki qızım özünü yandırıb. Əllərimlə onun üzünü tutdum. Bədəni tam yansa da, üzünə heçnə olmamışdı. O öldükdən sonra özümdə deyildim, özümə gələ bilmirdim” – deyə, məhbus qızının ölümündən bəhs edərkən deyib.

72 yaşlı İranə Bəhrəmova deyir ki, öldürdüyü uşaq hər zaman evlərinə gəlib-gedən qonşularının uşağı olub.

“Uşağın 6-7 yaşı olardı. Bizə gəlmişdi, nəvəmlə oynayırdı, dalaşmağa başladılar, nəvəmi söydü. Nə oldusa ondan sonra oldu”.

Daha ətraflı süjetdə:


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın