"Əgər Azərbaycanda müalicəm yoxdursa, məni niyə xaricə göndərmirlər, qapı döyməkdən bezmişəm" - ŞOK İDDİA...

11, 07, 21
13:00

"Əgər Azərbaycanda müalicəm yoxdursa, məni niyə xaricə göndərmirlər, qapı döyməkdən bezmişəm" - ŞOK İDDİA...


Keçən dəfə sizin saytınız problemimi işıqlandırmışdı. İcra Hakimiyyətindən gəlib, problemlərimizlə maraqlanmışdılar. Onlar nəinki problemimizi həll etdilər, hətta nümayəndələri Şamil Məmmədov adlı şəxs məsələni həll edilməsi üçün anamdan pul istəyib getmişdi... 
“Ağrılarıma artıq dözə bilmirəm, bizim nələr çəkdiyimizi o acını, ağrını yaşayanlar bilir. Nə oldu, niyə bizə qarşı bu qədər diqqətsiz münasibət var? 9 ay öncə döyüşlərdən sağ-salamat gəlməyimizi gözləyənlər, indi niyə bizi qəbul edib, dərdimizlə maraqlanmırlar? Nəzarətsiz, diqqətsiz, qayğılarla dolu qalan qazi niyə çıxış yolunu intiharda görməlidir? Çıxış yolunu intiharda görən qazilərdən biridə mənmi olum? Ağrılarıma dözə bilmirəm, ya ayağımı müalicə edib sağaltsınlar, ya da kəsib qoysunlar”
 
Bunu açıqlamasında qazi Ömər Bozbaxov deyib. O daha sonra əlavə edib.
 
“Döyüşlərə könüllü qatılmışam, başımdan, dizimdən, ciyərimdən, ayağımdan yaralanmışam. Yaşat fondu tərəfindən bir müddət əvvəl reabilitasiya keçdim, amma müalicəm yarımçıq qaldı. Nə qədər müraciət etsəm də mənə bir cavab verən olmadı, şikayətimə baxılmadı. Psixoloji durumum heç yaxşı deyil, artıq sağalacağıma inamım da itib. Amma buna baxmayaraq sonuncu getdiyim həkimlər deyiblər ki, çox yaxşı mütəxəssis əməliyyat etsə ayağın düzələr, ən azından indiki vəziyyətindən yaxşı olar. Biri deyir dəri köçürülməlidir, biri deyir implant qoyulmalıdır, qəlpələrin təmizlənməsini, əyilən sümüklərin sındırılıb yenidən düzəldilməsini deyirlər. Bundan əlavə gözümdə də çəpgözlülük yaranmışdı, ona da baxmalı idilər. Yaxşı, bütün bunları kim edəcək? Əgər müalicəm Azərbaycanda yoxdursa, məni niyə xaricə göndərmirlər? İnanın qapı döyməkdən bezmişəm, tək ayağımla ora gedirəm, bura gəlirəm. Nəticəsi də yoxdur! Mənim maddi imkanım olsaydı niyə kiməsə ağız açırdım ki? Bakı Dövlət Universitetinin tələbəsiyəm, ailədə yeganə işləyən mən idim. İndi mən də işləmirəm, evdə də maddiyat yox dərəcəsindədir. Problemlər təkcə səhhətimlə bitmir. Balakənin Xalatala kəndində yaşayıram, imtahanlarla bağlı internetə ehtiyacım var.

Keçən dəfə sizin saytınız problemimi işıqlandırmışdı. İcra Hakimiyyətindən gəlib, problemlərimizlə maraqlanmışdılar. Onlar nəinki problemimizi həll etdilər, hətta nümayəndələri Şamil Məmmədov adlı şəxs məsələni həll edilməsi üçün anamdan pul istəyib getmişdi. Mən xəstəxanada olduğum müddətdə kommunal xərləri ödəyə bilməyən ailəmi qazı və işığımızı kəsməklə hədələyiblər. Onlar sadəcə maraqlanıb, çıxıb gediblər. Problemin həllinə çalışmayıblar. Cənab prezidentimiz İlham Əliyevin aidiyyatı qurumlara qazilərin və şəhid ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılması və onlara qayğı göstərilməsinə çağırış etsə də buna əməl edilmir” deyə Ömər Bozbaxov deyib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın