Siyasi fəalın acı faciəsi: İki azyaşlı uşaqların və həyat yoldaşın maşın vurub

10, 07, 21
19:26

Siyasi fəalın acı faciəsi: İki azyaşlı uşaqların və həyat yoldaşın maşın vurub


Bir zamanlar Azərbaycan deyəndə ilk növbədə insanların ağlında qeyrət, əxlaq, sosial durumundan asılı olmayaraq kişilik və yüksək insani münasibətlər canlanırdı. Amma zaman keçdikcə yüksək mənəvi dəyərlər zaman insanının ağlında kiçilərək maddi dünyanın əsarətinə düşdü və beləcə babalarımızdan bizlərə miras qalmış əxlaqi dəyərləri paran var əxlaqında var prinsipi əvəz etdi. 

İki gün öncə Ceyranbatan qəsəbəsində qəsəbənin kiçik olmasına baxmayaraq qan donduran böyük bir hadisənin şahidi olduğ. Doğrusu belə hadisələr ölkəmizdə müəyyən zaman çərçivəsində xarakteri dəyişməklə tez-tez baş verir. Ceyranbatan qəsəbəsində kirayədə yaşayan, 3 azyaşlı övladı olan, vaxtıilə Real partiyasının Abşeron rayon məclisinin sədri olan amma sonradan partiya sədri İlqar Məmmədovun hakimiyyətə qarşı loyal siyasi mövqeyinə etiraz edərək partiyya sıralarını tərk edən və hal-hazırda Qubad İbadoğlunun ADR hərəkatının  üzvü olan siyasi fəal  Kəlam Hüseyinovun ailəsinə qarşı törədilmiş suiqəsd hadisəsi baş verib. 

Belə ki, siyasi fəal Kəlam Hüseynovun xanımı və 2- ki azyaşlı körpəsi yaşadığları evin yaxınlığında yerləşən parkda dincələrkən qəflətən bir avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində Hüseyinovun xanımı 1985-ci il təvəllüdlü Xuraman, 2013-cü il təvəllüdlü  Kamal və bir yaşlı  oğlu Yusif ağır bədən xəsarətləri alaraq yaxınlığdakı xəstəxanaya PPX- nin əməkdaşlarının köməyi ilə, onuda qeyd etmək lazımdır ki, məhz polis maşınında ağır vəziyyətdə çatdırılıb. 

Hadisəni törədən sürücü hadisə yerindən qaçmaq istəyərkən sakinlər tərəfindən saxlanılıb və polis əməkdaşlarına təhvil verilib. Qeyd etmək lazımdır ki, siyasi fəal Kəlam Hüseynov siyasi fəaliyyəti dönəmində hər zaman dövlətimizin və milli maraqlarımızın qorunmasında xüsusi fəallıq göstərib. Onuda bildiririk ki, ölkəmizdə siyasi fəallara qarşı belə metodlarla susdurmaq və sındırmaq təcrübəsi hər zaman mövcud olub. Bir müddət öncə oxşar hadisə Milli Şura üzvü Oktay Güləliyevə qarşı olub. Bəs görəsən bu cür iyrənc metodlarla insanların həyatına qəsd edən zalımların siyasi və sosial məsülliyyəti yoxdurmu? Siyasi apanentini iyrənc metodlarla susdurmağa çalışan belələri Allah qarşısında bir gün cavab verəcəcəyini düşünmürlərmi?

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın