Burun əməliyyatına yeni üsul gətirən Azərbaycanlı həkim Qorxmaz Əzimov: "100% təminatlı..."

09, 07, 21
15:03

Burun əməliyyatına yeni üsul gətirən Azərbaycanlı həkim Qorxmaz Əzimov: "100% təminatlı..."


Son vaxtlar Azərbaycanda burun əməliyyatlarına müraciət edənlərin sayında durmadan artım hiss olunur. Pasiyentlərin artması ilə bərabər, həkim-cərrahların da   sayında bu artım özünü açıq şəkildə göstərir. Belə olan halda ortaya çoxlu problemlər çıxır ki, sonda insanların sağlamlığı təhlükə altına düşür. Bəzən məsələ məhkəməyə qədər gedib çıxırsa, bəzən də pasiyentlərin özünəqapanması sonda intihar həddinə qədər gəlib çıxarır.
Bəs bu cür problemlərin həlli yolları hansılardır?

Bu məsələni araşdırmaq üçün rinoplast Qorxmaz Əzimovla görüşdük. Təcrübəli həkim Qorxmaz Əzimov bu mövzu ilə bağlı fikirlərini bildirərək qeyd etdi ki, ölkədə burun əməliyyatlarına tələbat nə qədər çoxdursa, bu məsələ ətrafında yaranmış çatışmamazlıqlar da o qədər artmaqda davam edir. Müsahibəni təqdim edirik: "Burun forması, xəstənin istəyindən, dərinin formasından asılıdır, bu sadalanan səbəblər burun formasını  birləşdirən amillərdi. Əyər burnun dərisi imkan verirsə kiçik burun alınsın, alınır. Vermirsə, o zaman kiçik burun istəmək lazım deyil. Əyər dəri normaldırsa, çox nazikdirsə, ya orta qalınlığı varsa bu zaman, istənilən formanı almaq olar.  

İnsanlar daha çox, kiçik formalı burun istəyir. Və kiçik formalı burun, burun anatomiyasının dağılması hesabına olur. Rinoplastika əməliyyatı, burunun qığırdaq və sümük arasında olan cərrahiyədir, dəri ilə yox. Və bu zaman qığırdaq və sümüklər həddən artıq kəsilir və xəstədən həddən artıq qığırdaq və sümük çıxarılır. Və nəticədə artıq zaman keçdikcə burunda deformasiya və çökmələr, nefes problemi və.s bu kimi ciddi problemlər meydana gəlir. Bu kimi problemlərin qarşısını almaq üçün, artıq yeganə üsul kənardan qığırdaq lazım olur. Bu gün ən çox geniş istifadə olunan qabırğa qığırdağıdır. Çünki, qabırğa qığırdağı asan götürülür və biraz çoxdur.

Amma qabırğadan qığırdaq görülürsə də yenə də bu burun anatomiyasinin dağılması demekdir. Bu o deməkdir ki, gələcəkdə o insanları yenə belə fəsadlar gözləyəcək, bütün dünyada bu mərhələni keçiblər bütün qərb ölkələrində məsələn gənc yaşında əməliyyat olunmuş insanlarda yaşlandıqca, nələr olduğu görünür. Burun əyilməsi, çökməsi ve nəfəs problemi və.s ciddi problemlərə əsas səbəb olur burunun bel hissesinin bayaq qeyd etdiyim kimi qığırdaqların bir-birindən ayrılması və onların yenidən birləşməməsi. Nəticədə burnun bel hissəsi öz tamlığını itirir. Burun əyilir,  çökür və.s problemlər ortaya çıxır. Və bu problemlər insanların həyatının sonuna kimi davam edir.

Amma bizim tətbiq etdiyimiz üsul da isə belə problemlər ola bilməz. Çünki, her şey yerindədir Əməliyyat olunmuş burun necədirsə bütün hər şey elə də qalır. Rinoplastikada yaranan problemlər bizim üsulda ola bilməz.

Qabırğa qığırdaqı ilə təkrar əməliyyatlarda bizim üsulda ola bilməz çünkü, kiçik fəsadlar olsa belə yenə də burun və qabırğa qığırdaqı yerində qalır.

Bizim istifade elədiyimiz üsulda burunun bel ve qığırdaq hissəsi qorunur."

Onu da qeyd edək ki, Qorxmaz Əzimov (https://instagram.com/rinoplastika.dr.qorxmaz?utm_medium=copy_link)  "Amerika Plastik Cərrahlar Assosiasiyasının" jurnalında öz yeni üsulunu çap etdirib. Bu üsula əsasən burun anatomiyasini 100% qorumaqla xəstələrin istədiyi nəticəni əldə etmeye imkan verir. Eyni zamanda da xəstənin tam sağalma müddəti maksimum 2 aya qədər uzanır.


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın