“Yaxın zamanda Azərbaycanla bir çox anlaşma imzalayacağıq” - Ərdoğandan mühüm AÇIQLAMA


Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçirilib.

“TRT Haber”in verdiyi məlumata görə, toplantıda dövlət başçısının Azərbaycana rəsmi səfərinin yekunları da müzakirə olunub.

İclasdan sonra Türkiyə prezidenti mətbuata açıqlamalar verib. O, Şuşa bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

“Şuşa bəyannaməsi ilə münasibətlərimizdə yeni bir dövr başlatdıq. Azərbaycanla bir çox anlaşmanı yaxın zamanda imzalayacağıq, qardaşlığımızın hüquqi təməlini gücləndirəcəyik”, deyə Ərdoğan bəyan edib.

Qeyd edək ki, toplantıda alınan qərara əsasən, iyulun 1-dən etibarən Türkiyədə pandemiya səbəbindən tətbiq olunan komendant saatı ləğv olunacaq. Bununla yanaşı, bir sıra məhdudlaşdırıcı tədbirlər də yumşaldılacaq. (Oxu.az)

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

  • 21 iyl, 19:00
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

  • 10 iyl, 22:00
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“
“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

  • 30 iyn, 19:00
"Azerbaycan'da yas törenlerinde masada tek bir votka yok" - Rasim Balayev
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

  • 24 iyn, 22:30
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar