Putinin vaxtı azalır - varis planı və Züqanov Kremlə qarşı...


Müdafiə naziri Şoyqunun adının partiya siyahısında ən başa yazılması yenidən varis planı ilə bağlı mövzunu aktuallaşdırıb; kommunistlər hakimiyyətlə bütün əlaqələrini niyə kəsir? 

 
“Vahid Rusiya” Partiyası bu həftəsonu qurultay keçirərək Dövlət Dumasına namizədlərinin siyahısını təsdiqlədi. Hələ qurultaydan öncə “Vahid Rusiya”nın sədri, baş nazir vəzifəsini itirdikdən sonra Təhlükəsizlik Şurasında prezident Putinin müavini olan Dmitri Medvedyevin partiya siyahısına daxil edilməyəcəyi barədə iddialar vardı. Bildirilirdi ki, baş nazir postundan çıxarılan Medvedyevdən həm partiya elitası, həm Kreml ciddi narazıdır və onun seçki siyahısına rəhbərlik etməsi Putin üçün onsuz da asan keçməyəcək payız seçkilərində sarsıdıcı zərbə olar. Amma son günədək Kremlə yaxın media bu iddianı israrla təkzib edirdi.

Gözləntilər isə doğruldu, Medvedyev seçki siyahısına, ümumiyyətlə daxil edilmədi. Mərkəzi televiziyalar Medvedyevin tibbi maskalı olsa da, aşkar məyus gözlərini bir neçə dəfə ekrana gətirdilər. 

Putin çıxışında “Vahid Rusiya”nı sosial yönümlü partiya adlandırdı və 7-ci çağırış Dövlət Dumasında bu istiqamətdə qanunverici fəaliyyətini davam etdirməyi məsləhət gördü. Məlum oldu ki, hakim partiyanı payız seçkilərinə Putinin dili ilə desək, həm “siyasi ağır çəkililər”, həm də “nisbətən yeni insanlar” daxil olan beş nəfərlik namizəd aparacaq.  Sergey Şoyqu - "ordunun və donanmanın gücləndirilməsinin ən mürəkkəb məsələlərini effektiv şəkildə həll edən partiyanın qurucularından biri"; "Parlaq diplomat" xarici işlər naziri Sergey Lavrov; "koronavirus epidemiyası ilə mübarizə aparanlardan biri", “Kommunarka” xəstəxananın baş həkimi Denis Prosenko; Ümumrusiya Xalq Cəbhəsinin həmsədri, İstedad və Uğur Fondunun rəhbəri Yelena Şmeleva və Rusiyanın Uşaq Ombudsmanı Anna Kuznetsova.  Amma bu o demək deyil ki, həmin 5 nəfər deputat mandatı alıb, Dumada oturacaqlar. Onların əsas vəzifəsi seçkilərdə Vahid Rusiyanın qələbəsini təmin etməkdir, mandatları isə siyahıdakı digər partiyadaşlarına dövr edə bilərlər. Uşaq ombudsmanı Anna Kuznetsova bu barədə suala cavab olaraq deyib ki, “partiya harada lazım bilsə, fəaliyyətlərini orada davam etdirəcəklər”.  

Birmandatlı dairələrdəki bütün regional siyahılardakı namizədlərin siyahısında da bir çox tanınmış adlar var: əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov, Olimpiya çempionu İrina Rodnina, ilk qadın kosmonavt Valentina Tereşkova, musiqiçi Denis Maydanov, hazırkı spiker Vyaçeslav Volodin, Moskva meri Sergey Sobyanin və sairə... Yada salaq ki, "Vahid Rusiya" Partiyasının keçirdiyi seçkiqabağı praymeriz ciddi qalmaqallarla müşahidə olunub. Hakim partiyanın siyasəti tənqid edən bir sıra şəxslər Kremlin tövsiyəsi ilə siyahıdan kənarda qalıblar. “Vahid Rusiya” bu dəfə seçkilərə tanınmış şəxslərdən daha çox, sərəncamında maliyyə resursları və təşkilatçılıq bacarığı olanların qatılmasında maraqlıdır.

Putinin “qızıl beşliyi” əslində, hakimiyyətin payız seçkilərini kritik hesab etdiyini bir daha göstərir. Müdafiə naziri Şoyqunun adının ən başa yazılması yenidən “Putinin varis planı” ilə bağlı mövzunu yenə aktuallaşdırıb. Putin ilk dəfədir ki, Şoyquya bu cür məsuliyyətli partiya işini tapşırır və “varis planı”nın bundan sonrakı mərhələsinə keçid üçün fürsət var. Müstəqil ekspertlər deyir ki, Putin özü seçki kampaniyasına başçılıq edə bilərdi, amma ola bilsin ki, buna risk etməyib. Çünki seçkilərdə iflas halında o çox pis vəziyyətə düşə bilərdi. Şoyqu isə bu işi batırarsa, Putin çətin də olsa, vəziyyəti düzəldə bilər. Amma əsas məqsəd təbii ki, partiyanın qələbə qazanmasıdır ki, o halda Şoyqunun hakimiyyətə yola daha da hamarlaşa və asanlaşa bilər, çünki bu məsələnin  yəqinlik qazanması üçün Putinin çox da zamanı yoxdur.

Hakimiyyət hələ seçki yarışı başlamadan “qollarını çırmayıb”. Belə ki, müxalifətə yaxın bir sıra təşkilatların üzvlərinin və tərəfdarlarının deputat seçilməsini qadağan edən qanun layihəsini prezident bir müddət öncə təsdiq edib. Həbsdə olan müxalifətçi Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu zatən başqa bir qanuna əsasən, "xarici agent" elan edilib. Digər bu kimi faktlar da var ki, (məsələn, keçmiş deputat Dmitri Qudkovun ev dustağı edilməsi) hakimiyyətin sentyabr seçkilərinə necə “hazırlaşdığını” göstərir. 

Amma indi daha bir müxalifət də ortada boy göstərməkdədir ki, bu, Gennadi Züqanovun rəhbərlik etdiyi kommunistlərdir. Kommunistlər uzun müddətdir ki, sistem müxalifətinin sırasındadır. Amma 2020-ci ilin yayında  açıq şəkildə konstitusiya referendumuna  qarşı çıxan Kommunist Partiyasına Kremlin münasibəti indi ciddi şəkildə dəyişib. Onların Putinin siyasi hakimiyyətinin uzadılmasını da hədəfləyən bu düzəlişlərə heç olmasa bitərəf qalmağı deyil, məhz əleyhinə olmaları Kremllə “qırılma nöqtəsi” hesab edirlər. Bu ərəfədə isə Züqanovun ölkədəki yoxsulluq, əhalinin azalması və dövlətin mövcud iqtisadi və sosial siyasətinin iflas etməsi ilə bağlı sərt video çıxışı da yayımlanıb. “Ən varlı Rusiyada əhalinin yarısı dilənçidir. Eyni zamanda, ölməyə davam edirik” deyə, kommunistlərin lideri bildirib.

Züqanov “Youtube” üzərindən yaydığı son çıxışında da yenə Kremli əsəbiləşdirəcək bir sıra tezislər səsləndirib. Züqanov deyib ki, Putinə ölkədəki vəziyyətlə bağlı açıq məktubu haqda xəbər yaymaq bütün federal KİV-lərə qadağan edilib. “Güman edirəm ki, həqiqəti yalnız Kremldən icazə alsaydılar, deyərdilər. Ölkənin əsas mediası prezidentə açıq məktubumu görməzdən gəldi, baxmayaraq ki, bu sənədi bütün mümkün KİV-lərə göndərdim. Geniş mətbuat konfransı keçirdik. Ancaq axşam heç kim bu barədə bir süjet belə göstərmədi. Bu o deməkdir ki, həqiqət onlar (hakimiyyəti nəzərdə tutur)üçün sərfəli deyil. Bu, vəziyyəti ümumiyyətlə, düzəltmək istəmədikləri deməkdir ”, Züqanov bildirib.

Siyasi analitiklər də inanırlar ki, Kommunist Partiyası payız seçkilərində federal mərkəzlə qarşılıqlı əlaqədən(sistem müxalifəti olmaqdan) çıxacaqlar. Bu isə Putin üçün yaxşı heç nə vəd etmir. Züqanovu Qərbə, ABŞ-ın “çevriliş planlarına”, xarici agenturaya  bağlamaq isə mümkün deyil. Kommunistlər sadə xalqa stavka edir və onlar Kremlin nəzarətindən çıxan Züqanov partiyasına həmişəkindən daha çox səs verə bilərlər... Anlaşılan Putin Rusiyasını çətin seçki payızı gözləyir.

Azerbaycanrealligi.com




Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

  • 21 iyl, 19:00
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

  • 10 iyl, 22:00
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“
“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

  • 30 iyn, 19:00
"Azerbaycan'da yas törenlerinde masada tek bir votka yok" - Rasim Balayev
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

  • 24 iyn, 22:30
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar