Pisixoloq Ülviyyə Murtuzova: Boşanmaların kökündə xəyal qırıqlığı dayanır - VİDEO

13, 06, 21
10:54

Pisixoloq Ülviyyə Murtuzova: Boşanmaların kökündə xəyal qırıqlığı dayanır - VİDEO


Son zamanlar Azərbaycanda boşanmalarla bağlı vəziyyət çox acınacaqlıdır. Əvvəlki illərdə evlənənlərin 10 faizi boşanırdısa, bu illər ərzində o rəqəm artıq 50 faiz təşkil edir. Mütəxəssislər bunu bir neçə nüanslarla əsaslandırırlar. Sosial iqdisadi və digər ailə daxili münaqişələr əsas səbəb kimi qalmaqdadır. Tanınmış ailə pisixoloqu Ülviyyə Murtuzova Azerbaycanrealligi.com-a bunların səbəbin şərh edərkən bildirir ki, problemlərin əslində kökü bundan başlayır:
 
Xəyal qırıqlığından və təbiki xəyalları məhv olmuş insanların həyata mənfi baxış bucağı onların düşdüyü depresiya halları və xəyalları puça enən insanların təfəkküründəki dəyişiklər olur. Əslində, biz hamımız xəyal qırıqlığı yaşayırıq, çox az sayda xəyallarmız gerçək olur, xəyalları gerçək olan insanların həyata pozitiv baxışnı götürək, həyatı məhv olmuş insanların həyata bədbin baxışını və düşüncələrini götürək. Arzuları həyata keçən insanlar görəndə görürsən ki, nə qədər gözəl sözlər işlədirlər həyat gözəldir, yaşamağa dəyər. "Həyat paylaşdıqca gözəldir" kimi fikirlərlə artıq özlərini həyata sevgi ilə bağlayırlar. Belə insanları istər işdə, istər hansısa karyera quranda, istərsə də ətrafı onu sevgi dolu bir insan kimi görürlər.

Amma həyatı məhv olmuş insanlara baxın. Həyat boşdur, həyat yaşamağa dəyməz, bu qədər çalışdıq, amma arzularımızın heç biri həyata keçmədi, bundan sonra çalışmaığımızın nə önəmi var deyə bədbin və pessimist həyatlarını çox mənfi notlara kökləyirlər. Əslində bunlar depresiya hallarından çox, pisixi pozğunluğa gətirir, halbuki bu düşüncələr onların gələcəkdə həyat tərzlərinə, quracaqları ailə həyatına birbaşa təsir edir. Hər bir məsələnin kökü, təməli sağlam olmasa ondan sağlam nəticə də gözləyə bilmərik. Hansısa bir yola çıxırıqsa orada özmüzə bir məqsəd seçməliyik. Hər bir zaman məqsədi bilmək yox, məqsədi bacarmaq lazımdır. Hansısa bir məqsədli peşəni bilə bilərsən, amma bilmək şərt deyil, şərt, onu bacarmaqdır deyə pixsoloq Ülviyyə Murtuzova bildirib .

Mövzu ilə bağlı Pixsoloq Ülviyyə Murtuzovanın daha geniş açıqlaması aşağdakı videomusahibədə.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın