Yevlaxın “xan”ı Anar Tağıyev şəhid ailəsinə hörmətsizlik edib

12, 06, 21
10:27

Yevlaxın “xan”ı Anar Tağıyev şəhid ailəsinə hörmətsizlik edib


Yevlax rayon icra bascisi Anar Tagiyev Sehid gizir Nicat Səfərov və onun ailə üzvlərinə qarşı hörmətsizlik edib. Necə deyərlər onun şəkilin zibilxanaya layiq bilib. 

Azerbaycanrealligi.com Turantv-yə istinadən xəbər verir ki, şəhidin ailəsi Yevlax rayonunda yerləşən Yataqxanada yaşayır.

Şəhid Səfərov Nicat Vaqib oğlu 04.05.1992-ci ildə Yevlax rayonunda dünyaya gəlib. 01.02.2013-cü ildə hərbi xidmətə çağırılıb. Talış Suqovuşan bölgəsində döyüşüb. 03.10.2020-ci ildə Talış Suqovuşan istiqamətində şəhid olmuşdur. Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində həlak olub.
Şəhid gizir Nicat Səfərov “Suqovuşanın azad olunması”, ”İgidliyə görə”, “vətən uğrunda” “Suqovuşan” medallarıyla təltif edilib.

Qayıdaq bu gün baş vermiş biyabırçı olaya…

Demək, Bina əhalisi qərara gəliblər ki, şəhidin böyüdulmüş şəklin binanin qarşısına vursunlar. Amma bu Yevlax rayon İcra başçısı Anar Tağıyevin xoşuna gəlməyib. Anar müəllim öz qoçu dəstəsini sözügedən əraziyə töküb və şəhidin şəkilini ordan sökdürürüb. Şəhidin şəklini çox uyğunsuz bir yerdə-zibilxananın yanına vurdurub.

Başçının bu hərəkəti həm Yevlax sakinlərini, həm də şəhid ailəsinin hiddətinə səbəb olub. Şəhid atası müsahibimizlə söhbətində qeyd edib:

“Başçının bu hörmətsizliyinə etiraz əlaməti olaraq intihar edib özümü yandıracam. Mənim oglum zibilxanaya layiq görüldümü? Nicat yaralı olsa da xeyli ermənini məhv edib. İgidlik göstərib. İndi isə başçı və onun qoçu dəstəsi bizi təhqir edir, hədələyir. Buna nə ad verək?”

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 oktyabr 2019-cu ildə Anar Tağıyevin Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalamışdı.

P.S. Yevlaxın Icra Bascisi isə Anar Tagiyev Bakının meri Eldar Ezizovun kürəkəni olduğu bildirilir. Şəhidlərə ,Qazilərə və adi vətəndaşları belə hörmətsizlik etməsi Anar müəllimin arxasının  çox “yuxarı”lara bağlı olduğundan irəli gəldiyinin qənaətindəyik.

Əminik ki, Prezident Şəhid ailəsinə qarşı hörmətsizlik edən Yevlax rayon icra başçısı(xanı) Anar Tağıyevin bu özbaşnalığına son qoyacaq və başçının layıqlı cəzasını verəcək.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq…

P.S. Bir az əvvəl Yevlax Rayon İcra Hakimiyyətindən Hamlet adlı şəxs bizimlə əlaqə saxladı. Yazıya səthi etiraz edərək şəhid atasının İcra hakimiyyətində olduğunu bildirdi və telefonu ona verdi. Şəhid atası ilə danışdıq. Məqalədə “şəhidin şəklin zibilxanaya qoyulması” və “şəhid atasının özünü yandırması” kimi sözlərinə etiraz etdi. Etirazı qəbul edirik. Amma…

Anar Tağıyevin Yevlaxda özünü icra başçısı kimi yox, qoçu  kimi aparması burdan görünür ki, saytmızda onun haqqında tənqidi məqalə gedən kimi şəhid atasını icra hakimiyyətinə dəvət edərək ona böyük ehtimalla psixaloji təzyiq  ediblər. Yoxsa şəhid ailəsinin ayağına getməli olduqları halda, ağsaqqalı icraya niyə dəvət etsinlər? Niyə şəhid qardaşımız Nicat Səfərovun adının əbədiləşməsi ilə bağlı problemi həll etmir?

Yevlax RİH-nin başçısı Anar Tağıyevdən xahiş edirik ki, şəhidin adına olan bulağı abadlaşdırılsın. Şəhidin adına küçə verilsin. Şəhid ailələri ilə kobud davranışlara son qoyulsun! Prezident İlham Əliyevin qeyd etdiyi kimi İcra başçıları xalqın qulluqçusu olmalıdır. Onların ayağına getməlidir. Bütün problemləri ilə yaxından maraqlanıb həll etməlidirlər. Yoxsa Anar Tağıyev kimi?…

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın