"Kontakt Home"dan DAHA BİR ŞİKAYƏT: "Bu mağazalar şəbəkəsinin yiyəsi varmı və ipi kimin əlindədir?"


"Şikayətim "Kontakt Home"la bağlıdır. Deməli, bir neçə il öncə Sumqayıtda yerləşən mağazalarından kreditlə 2 ədəd telefon aldım. Qızıl zəmanətlə... 10 gün keçmədən telefonlardan biri xarab oldu. Apardım servislərinə. Mənə bildirildi ki, telefon 15 gün ərzində təmir olunub sizə veriləcək". Bu barədə Qadir Ağakişiyev adlı narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib. 
"Bu mağazalar şəbəkəsinin yiyəsi varmı və ipi kimin əlindədir?"
Daha sonra narazı vətəndaş yazır: "Əvəzində mənə müvəqqəti işlətmək üçün telefon verməli olduqları halda bunu etmədilər . Bu məsələnin üstünə varmadım və dedim 15 gün gözləyərəm eybi yoxdur... təki telefon düzəlsin. Həmin 15 gün 2 ya çəkdi. Dəfələrlə müraciət etsəm də, nə həmin telefonu, nə də yeni telefon mənə vermədilər. Əvəzində mənə bildirdilər ki, işləmədiyini telefona görə ödəmə etməlisiniz və bu aylar ərzində üstünə gələn faizlərlə birge)) onlara bildiyim 3 müxtəlif dildə filial müdirlərinin tutmuş sıravi işçilərinə qədər izah etsəm də ki, ay qardaş, ay xanım, mən işlətmədiyim telefona görə niyə kredit ödəməliyəm... xeyri olmadı!

Bu yaxınlarda məni məhkəməyə veriblər və müzəffər Sumqayıt şəhər məhkəməsi də onların xeyrinə qətnamə çıxardıb. Düzdür, Apellyasiya şikayəti verecəm, amma "Kontakt Home" rəhbərliyi və hüquqşünaslarının vicdanı sızlayırmı heç? Mən niyə görə vaxt itirməliyəm?

Qələt edib sizdən kredit götürmüşəm? Ümumiyyətlə, bu mağazalar şəbəkəsinin yiyəsi varmı və ipi kimin əlindədir? Bilən varsa, desin... gedim qapısına ki, olmaz belə..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq... 

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR

Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR

  • 17 yan, 16:00
Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR
Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR

Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR

  • 06 yan, 10:29
Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR
Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“

Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“

  • 05 yan, 18:00
Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“
“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “

“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “

  • 23 dek, 14:00
“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar