İlham Əliyev Xaçmaz, Quba, Qusar və Şabran rayonları ilə əlaqədar SƏRƏNCAM imzaladı


Prezident İlham Əliyev “Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Azerbaycanrealligi.com xəbər verir ki, sərəncamla Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 910 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”

“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”

  • 20 iyn, 19:30
“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”
Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər

Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər

  • 01 iyn, 12:00
Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər
Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi

Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi

  • 19 may, 13:00
Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi
Afaq Bəşirqızı əməliyyat olunub

Afaq Bəşirqızı əməliyyat olunub

  • 15 may, 23:30
Afaq Bəşirqızı əməliyyat olunub
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar