Psixoloq Ülviyyə Murtuzova: " Karyerada qadın uğursuzluğu belə başlayır" - VİDEO

Manşet / Videolar
 6-06-2021, 20:02     2 421


Azerbaycanrealligi.com saytının bugün ki qonağı psixoloq Ülviyyə Murtuzovadır.

Salam Ülviyyə xanım!

-Salam

Sizi necə çağıranda xoş olur?

-Hər bir qadına övladlarının çağırışı xoş olur. Amma dostlarım Ulya kimi müraciət edir. Ətrafımda iş sferamda Ülviyyə Murtuzova kii tanınıram.

Necə ildir psixologiya ilə məşğul olursunuz?

– Artıq bu sahadə ixtisaslaşmışam demək olar ki, dünya psixologiyasını oxumuşam. Beynəlxalq seminarlara qatılmışam, tam da olmasa bəlli bir stajım var. Son illərdə bu sahə ilə məşğul olmağa başlamışam.

Ülviyyə Murtuzova

Ülviyyə xanım bayaq övladdan söz açıldı. Necə düşünürsünüz övlad yoxsa ana olmaq çətindir?

-Bilirsiniz əslinə hər ikisi də çətin və məsuliyyətlidir. Buna bir mənalı yanaşmaq düzgün olmazdı amma övlad olaraq valideyinlərin yükünü daşımaq daha ağırdır.

Bu yaxınlar da ananız rəhmətə getdi Allah rəhmət eləsin biz onda gördük siz nə qədər sarsıntı keçirdiniz.

-Bəli Allah sizdən də razı olsun o çətin anlarda yanımızda oldunuz. Elə ona görə deyirəm ki, övlad olaraq yük daşımaq çox çətindir. Hərdən deyirlər insan övladlarına baxanda o faciənin yüngüllüyünü yaşamağa çalışır insan ama inandırım sizi ki, heç də o əzabı, ağrını övladlar da unutdura bilmir.

İnsan bir sıxıntı olanda kimlə dərdləşir?

-Ən çox ana ilə… ümumiyyətlə qız övladı ən çox anaya yaxın olur. Ana ilə qız arasında xüsusi bir bağ var ki, orda bir çox keyfiyyətlər cəmləşib. Orda həm sehir var həm möcüzəvi həm də müqəddəs bir bağ var.

Ülviyyə xanım valideyn kimi xoşbəxtsiniz?

-Təbii ki, çox xoşbəxtəm.

Xoşbəxtçiliyi nədə görürsünüz?

-Bilirsiniz mənim üç övladım var, üç oğul anasıyam. Qadının ən böyük xoşbəxtçiliyi ana olmaqdır. Ana olan hər bir qadın xoşbəxtdir.

Bəziləri deyir insan ailə qurana qədər sevir. Övlad dünyayaya gələndən sonra sevgi itir. Bu həqiqətənmi belədir?

-Sevgi itir deməzdim sevgi paylaşılır məsələn bir bardağda götürdüyümüz suyu dostlarımızla paylaşsaq o azalacaq. Bunu sevginin yoxa çıxması kimi dəyərləndirmək yalnışdır. Sevgi özü mücərrəd bir anlamdır. Sevgi ümumiyyətlə kiminsə gözünə görünə bilməz ki, onun itdiyini və ya bitdiyini kimsə görsün. Ailə məsələlərində danışmağa saatlar yetməz çox həssas və böyük bir dəryadır.

Bildiyimiz qədər boşanmaların sayı həddindən artıq çoxdur bunun səbəbi nə ilə bağlıdır?

-Ehtiyac üzündən boşanmanı mən anlamıram. Keçmişdə sıxıntı və ehtiyac olmayıb bəyəm? Onda hamı boşanardı da. Ailə quranda kasıb olduğunu bilirlər axı. İndi milli mənəvi dəyərlərimizi itirə-itirə gedirik. Ailə qurmanın bir tanıtım mərəhələsi olmalıdır ki, boşanmalar az olsun. Müasir olmaq dəyərlərimizi itirmək demək deyil.

Sosial şəbəkələrdə tanış olub ailə quranlara münasibətiniz necədi?

-Tanışlığın məkanı olmur hər yerdə tanış ola bilərik əsas odur ki uyğun insan olsun. Bu gün sosial şəbəkələrdə kifayət qədər ağıllı, savadlı, mədəni gənclərimiz var.

Sonda psixoloqların gündən günə artması ilə bağlıdır. Psixoloq var gözəllik salonu işlədib indi saytlar onu psixoloq kimi tanıdır. Bunlara münasibətiniz?

-Öz sahəsinə uyğun olmayan işləri icra edənlər hər yerdə var. Televiziyadan tutmuş psixalogiyaya kimi. Məncə ali təhsil almaq savadlı olmaq deyil. Ziyalı olmaq ali təhsildən aslı deyil. Ali təhsili olmadan çox savadlı və kibar ola bilər.

Maraqlıdır psixoloqlar psiaxaloqa müraciət edirmi?

-Hər bir insanın dinləyici bir dosta ehtiyacı vardır. Amma çətinliyə düşəndə insan özü özünü sakitləşdirməyi bacarmalıdır. Ən böyük tərbiyə özünü tərbiyədir.

Son zamanlar intiharların sayının artması heç yaxşı hal deyil siz bir psixaloq olaraq bunu nə ilə qiymətləndirirsiniz?

-Bu böyük bir bəladır. Bizdə psixaloqa getməyi dəli olmaq kimi dəyərləndirilər və bunun da nəticəsi bu bəla ilə sonlanır.

Ananız rəhmətə gedəndə təsəllini necə tapdız?

-Mən nə üsyan etmədim nə heç bir şey. Sakitcə qəbul etdim hər canlı ölümü dadacaq ama vaxtsız ölüm adama təsir edir.

Psixoloqa ehtiyacı olan insanlara nə məsləhət verərdiniz?

-Biz bilmirik kimin nə dərəcədə ehtiyacı var amma burda mənfi bir şey yoxdur. Çəkinməsinlər.

Təşəkkür edirəm xoş söhbət üçün.

-Minnətdaram mənə də xoş oldu.


Azerbaycanrealligi.com