Azərbaycanda güclü külək olacaq – XƏBƏRDARLIQ

23, 05, 21
22:00

Azərbaycanda güclü külək olacaq – XƏBƏRDARLIQ


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə mayın 24-də mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu  gecə 16-21 isti, gündüz  25-30 isti, Bakıda gecə 18-20 isti, gündüz 28-30 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi  760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 gündüz 40-45 faiz olacaq. 

Xəbərdarlıq

Mayın 24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir  20-23 m/s-dək güclənəcəyi gözlənilir. 

Tibbi-meteoroloji proqnoz 

Mayın 24-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  18-23 isti, gündüz  30-35 isti, dağlarda gecə 12-17 isti, gündüz 21-26 dərəcə isti olacaq.

Xəbərdarlıq

Mayın 24-də qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın