Azərbaycanda 2 AY SONRA... - Koronavirusla bağlı hər kəsin gözlədiyi AÇIQLAMA VERİLDİ - VİDEO

17, 05, 21
23:00

Azərbaycanda 2 AY SONRA... - Koronavirusla bağlı hər kəsin gözlədiyi AÇIQLAMA VERİLDİ - VİDEO


"Vaksin olunmuş insanlar koronovirusu keçirə bilir. Lakin məsələyə fərqli baxmaq lazımdır. Vaksinin effektivliyi ikinci dozadan 20 gün sonra yaranır. Əgər ikinci vaksindən sonra 20 gün müddətində şəxs virusa yoluxubsa, demək o müddət ərzində bədəndə antitellər əmələ gəlməyib. Bu 20 gün ərzində insan xəstəliyi ağır da, yüngül də keçirə bilər.

Bu sözləri açıqlamasında pulmonoloq Eldar Zeynalov deyib.

Həkim bildirib ki, xəstəliyi simptomsuz keçirdiyindən xəbəri olmayan insanlara vaksin vurularsa, xəstəliyin kəskinləşmə ehtimalı qeydə alına bilər:
“Birinci doza vaksini vurdurduqdan sonra müəyyən xəstəlik əlamətləri kəskinləşə bilər. Əksər insanlarda bundan sonra vaksinə qarşı vahimə yaranır. Bu, o demək deyil ki, vaksinin ilk dozası xəstəliyə səbəb oldu. Çox güman ki, o insan həmin ərəfədə virusa yoluxub və simptomsuz formada olub. Burada vaksini günahlandırmaq doğru deyil, məsələ ondadır ki, bu insan özü də bilmədən xəstəliyə yoluxma mərhələsində olub. Odur ki, koronavirus əlamətləri nəzərə çarpmayan insana vaksin vurulanda xəstəliyin kəskinləşməsi müşahidə oluna bilir. Bu halda vaksin olunmazdan əvvəl antillerlər yoxlanılması məsləhətdir. Eyni zamanda vaksindən əvvəl və sonra özünüzü qorumaq tövsiyə olunur. Lakin insan vaksindən 20 gün sonra koronavirusa yoluxarsa, bu zaman artıq xəstəliyi ayaqüstə çox yüngül keçirdir. Vaksin olunan şəxslərin reanimasiyaya düşmə ehtimalı demək olar ki, yoxdur.”.

Yaya dair çoxdan gözlənilən proqnozlar verən həkim əlavə edib ki, vaksinasiyanın yaratdığı kütləvi immunitet hesabına artıq bəzi məhdudiyyətlərin aradan qaldırılması mümkün ola bilər:

“Yaşlı nəslin böyük bir hissəsi demək olar ki, vaksinasiya olunub. Müəyyən bir qrup insanlar var ki, onlarda vaksinə əks göstəriş olduğu üçün vaksin vurulmayıb. Vaksinasiya könüllülük prinsipi üzrə həyata keçirildiyi üçün bəzi insanlar da vurdurmayıb. Təbii ki, demokratik respublikada yaşayırıq, hər hansı səbəbdən vaksin vurdurmaq istəməyənlər də olub. Amma bu qrup çox azdır. Ümumilikdə vaksinasiya olunmuş şəxslərin əksəriyyəti yoluxsa da, xəstəliyi çox zəif və ya simptomsuz formada keçirib.

Vaksinin hesabına üçüncü dalğa çox yüngül keçdi. Məsələn, Birinci dalğa intensivliyi iki ay davam etmişdi, daha kəskin formalar müşahidə olunmuşdu, xəstəxanalar demək olar ki, dolmuşdu, reanimasiyalarda vəziyyət ağırlaşmışdı. İkinci dalğada stasionar şöbələr demək olar ki, dolmadı, xəstəxanalar bu işin öhdəsən gələ bildi.

Üçüncü dalğa daha ağır gəlmişdi, kəskin gedişli yeni ştammlar ortaya çıxmışdı. Lakin əhalinin böyük hissəsi vaksinasiya olunduğuna görə, dalğanın intensivliyi daha az oldu, 30-40 gün davam etdi, sərtləşmələrə çox gedilmədi. Yoluxma sayı artıq 300-ə düşüb. Düşünürəm ki, bu rəqəm getdikcə daha da azalacaq, yaşlı nəslin böyük hissəsi ya xəstələnib, ya da vaksin olunub. Sadəcə cavan vətəndaşlar qalıb, cavanlar da xəstəliyi yüngül keçirir, inşallah bundan sonra ölümlə nəticələnən hallarla rastlaşmayacağıq. Düşünürəm ki, 2 ay müddətində müəyyən karantin məhdudiyyətləri yüngülləşəcək, açılmalar olacaq. Kollektiv immunitet artıq meydana gəlmək ərəfəsindədir. Operativ Qərargah xəstəliyin gedişinə uyğun olaraq düşünülmüş addım atır, ümid edirəm ki, kollektiv immunitet əmələ gələn kimi, açılmalar elan olunacaq”.


Azerbaycanrealigi.com



Bizimlə əlaqə saxlayın