Qəbələyə artıq qatarla da gedə biləcəyik - FOTOLAR


Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub.
 
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
 
Dövlət başçısına və birinci xanıma məlumat verilib ki, hazır vəziyyətə gətirilən Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir.
 
Diqqətə çatdırılıb ki, ümumilikdə, layihə üzrə 122 süni mühəndis qurğusunun, Ağdaş dəmir yolu dayanacağının, Qəbələ Dəmir Yolu Vağzalının və stansiyasının, Qəbələ dartı yarımstansiyasının tikintisi, həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri yerinə yetirilib.
 
Qeyd edək ki, ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edəcək. Bu layihənin reallaşması Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır.




Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”

“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”

  • 20 iyn, 19:30
“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”
Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər

Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər

  • 01 iyn, 12:00
Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər
Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi

Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi

  • 19 may, 13:00
Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi
Afaq Bəşirqızı əməliyyat olunub

Afaq Bəşirqızı əməliyyat olunub

  • 15 may, 23:30
Afaq Bəşirqızı əməliyyat olunub
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar