FHN-dən İES-dəki qəza ilə bağlı - Rəsmi açıqlama

03, 07, 18
15:57

FHN-dən İES-dəki qəza ilə bağlı - Rəsmi açıqlama

FHN-dən İES-dəki qəza ilə bağlı - Rəsmi açıqlama



Fövqəladə Hallar Nazirliyi Azərbaycan İstilik Elektrik Stansiyası MMC-də baş vermiş qəza haqqında rəsmi məlumat yayıb.
FHN-dən Axar.az-a verilən məlumata görə, 03 iyul 2108-ci il saat 00:20-də Mingəçevir şəhərində yerləşən Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb. Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün "3 saylı çağırış" elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib.
Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundakı yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb. Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.

Bizimlə əlaqə saxlayın