ATV-nin sabiq prezidenti sakinləri intihara vadar edir- VİDEO, FOTOLAR

08, 06, 18
13:56

ATV-nin sabiq prezidenti sakinləri intihara vadar edir- VİDEO, FOTOLAR

Azerbaycanrealligi.com daxil olan məlumata görə Azərbaycan Diasporasının keçmiş sədri Nazim İbrahimovun qardaşı ATV-nin keçmiş prezidenti Tağı İbrahimova məxsus QLOBAL SF MMC şirkətinin Yeni Yasamalda inşa etdiyi göydələnlərdə vətəndaşlara satılmış mənzillər artıq neçə illərdir ki, həqiqi sahiblərinə təhvil verilmir. Bununla bağlı olaraq, aldadılmış vətəndaşlar qeyri-adi etiraz aksiyası keçiriblər. Sakinlər onlara veriləcək inşa edilmiş yarımçıq tikilinin üst mərtəbələrinə çıxaraq etiraz aksiyası keçiriblər. Onlar ölkə başçısı İlham Əliyevdən, birinci vitse-prezident Mehriban Əliyevadan və digər aidiyyəti qurumlardan yardım istədiklərini bildiriblər. Vətəndaşlar idda edirlər ki, qəpik-qəpik yığdıqları pulları QLOBAL SF MMC tərəfindən mənimsənilir, əvəzində isə şirkət öhdəliyini icra etmir. Sakinlər nə prezidentlə, nə də deputatla görüşə bilmədiklərini, hara getsələr də, şikayətlərinə baxan olmadığını bildiriblər. Hadisə yerinə DİN və FHN əməkdaşları gəlmiş, bununla da etiraz aksiyası müvəqqəti olaraq dayandırılmışdır. Aldadılmış vətəndaşlar sabah (09.06.2018) saat 11:00-da növbəti aksiyanı keçirəcəklərini səsləndirmişlər. Onlar çıxış yolu tapa bilmədiklərindən bu məsələyə ciddi yanaşılmasa, özlərini bu binadan atmağa məcbur qalacaqlarını qeyd etmişlər. Vətəndaş etirazı. Daha ətraflı aşağıdakı video bölmündə


Bizimlə əlaqə saxlayın