Daha iki jurnalist məhkəməyə verilib: Onlar hakim qarşısına çıxacaqlar

23, 04, 21
10:00

Daha iki jurnalist məhkəməyə verilib: Onlar hakim qarşısına çıxacaqlar


Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Hüseynov Rafil İsrafil oğlu müstəqil jurnalist Xəyyam Salmanzadəni məhkəməyə verib.

Azerbaycanrealligi.com xəbər verir ki, jurnalist 44 günlük müharibə dönəmində yaralanan vətəndaşa qarşı aidiyyatı qurumların laqeyidliyini işıqlandırıb. Hazırladığı reportajda icra başçısını sərt tənqid edib, bu səbəbdən də icra başçısı jurnalisti məhkəməyə verib. İlkin proses aprel ayın 29-da Ağdam Rayon Məhkəməsində keçiriləcək. İcra başçısı jurnalistin üzr istəməsini və 300 manat vəsait ödəməsini tələb edir.

Xəyyam Salmanzadə

Daha sonra Aztimes.az xəbər portalının xanım baş redaktoru Pərvin Abışova barəsində Göyçay rayon məhkəməsinə muraciət edilib, Pərvin Abışova öznün facebook hesabında paylaşım edərək bunları deyib Restoranının qarşısında şəhid bulağı tikdirərək ərazini genişləndirən Arzu Babayeva Səbayıl rayonu icra başçısının  himayədarlığı ilə məni məhkəməyə verib. Jurnalistin hazırladığı reportaja görə üzür istəməsini və 10 min manat təzminat ödəməsini tələb olnur.

Pərvin Abışova

Qeyd edək ki, son dönəmlərdə Azərbaycanlı jurnalistlərin məhkəmələrə verilmə halları artıb. Hazırda müstəqil jurnalist Cəmil Məmmədli Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, tərəfindən xususi ittiham qaydasında məhkəməyə verilib. Quba rayonunda jurnalistin məhkəmə prosesi ardıcılıq şəkildə davam etdirilir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın