22 yaşlı boksçu məşq zamanı vəfat etdi

08, 11, 24
14:30

22 yaşlı boksçu məşq zamanı vəfat etdi


Rusiyanın Çelyabinsk vilayətində 22 yaşlı boksçu Georgi Oqolixin məşq zamanı vəfat edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, o, Rusiyanın əməkdar məşqçisi Vladimir Roşçenkonun tələbəsi olub.

Çelyabinsk Vilayətinin Boks Federasiyası dəri əlcək ustasının tibbi icazəsinin və boksla məşğul olmaq üçün sertifikatının olduğunu açıqlayıb.

Qeyd edək ki, məlum hadisədən sonra G. Oqolixinin məşqçisi müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.


Bizimlə əlaqə saxlayın