Bakıdakı görüşün gizli tərəfləri: Lukaşenko şifrəsi

18, 04, 21
19:00

Bakıdakı görüşün gizli tərəfləri: Lukaşenko şifrəsi


Lukaşenkonun Putinin tapşırığı ilə Azərbaycana gəldiyi iddia edilir. Bu iddianı bəzi politoloqlar da dilə gətirirlər.

Məsələyə bəsit yanaşdıqda belə anlaşıla bilər. Amma İlham Əliyevlə Putinin münasibətləri o qədər pisdir ki, Lukaşenkonu özlərinə vasitəçi etsinlər? Əlbəttə, yox! Rusiya prezidenti ilə Azərbaycan Prezidentinin arası çox yaxşıdır. Bu qədər nəhəng layihələrin həmmüəllifləridirlər. İstənilən vaxt bir-birinə sözlərini açıq deyə bilirlər. Arabulucu nələrinə gərəkdir?! Sanki iki prezident küsülüdür, Batka arada söz daşıyır. Lukaşenkonun dərdi özünə bəsdir...

Yaxın gələcəkdə Azərbaycanın siyasi, iqtisadi, geopolitik mövqeyi o qədər güclənəcək ki, Belarus lideri indidən ölkəmizdə sağlam təməllər atır. Böyük piroqdan o da pay umur.
Rusya Devlet Başkanı Putin'in 2020 geliri açıklandı - Son Dakika Ekonomi
Bir məqam da var. ABŞ-dan Rusiyaya yönələn sanksiyalar Belarusa da mənfi təsir göstərəcək. Onsuz da 9 avqust seçkilərindən sonra Lukaşenko Avropa İttifaqının ağır basqısı altındadır, sanksiyalara məruz qalıb. Qərbdən aldığı və alacağı yaraları sağaltmaq üçün Azərbaycana, Türkiyəyə ehtiyacı var. Hələ Putinin də beyni qızanda Lukaşenkoya sanksiya tətbiq edir.

Uzun sözün qısası, Şakaya pul və dəstək lazımdır. Mümkündür ki, Lukaşenko Azərbaycan Prezidenti vasitəsilə Avropa İttifaqı və ABŞ-la münasibətləri qaydaya salmağa çalışsın. İlham Əliyevin siyasəti bəllidir: o bütün güc mərkəzləri ilə münasibətləri normal qaydada saxlamağa çalışır. Lazım gəldikdə sərt danışır, mesajını verir, xalqının haqqını müdafiə və tələb edir. Amma ehtiyac olmadığı sürəcdə ölkəsini risk altına atacaq qədər aranı açmır. Azərbaycanın və Prezident İlham Əliyevin gücü həm də bu siyasətə bağlıdır. Ola bilsin, Lukaşenko bunun fərqində olduğu üçün işini sağlama alır.

Bir yandan Rusiya-Ukrayna savaşı qapının ağzındadır. Putin bu müharibədə məğlubiyyətə uğrasa, Lukaşenkonun durumu daha da ağırlaşacaq. Ona sığınmağa daha bir etibarlı ünvan lazım ola bilər.

Lukaşenko öz ölkəsinə qayıtdıqdan sonra Azərbaycanın guya KTMT-ə üzv olacağına dair yayılan məlumata gəlincə, birincisi, Lukaşenkonun buna görə gəldiyini istisna edirəm. İkincisi, bu məlumatın tirajlanması Azərbaycana qarşı təxribatdır. Xəbərin Ermənistan və Rusiya mediasında eyni vaxtda yayılması təsadüf sayılmamalıdır. Azərbaycanın KTMT üzvü olması Putinə də lazım deyil. Ölkəmizin Qərbə yönəlik manevr imkanlarının azalması Rusiyanın ziyanına olar.
Biden: Amerika önderliğe hazır | DÜNYA | DW | 25.11.2020
Azərbaycan Kreml və Ağ Ev üçün neytral meydandır. Lazım gəldikdə ABŞ və Rusiya Bakıda çox ciddi, önəmli təmaslar edirlər. Yaxın keçmişdə bunun bir neçə örnəyi var.

2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və rusiyalı həmkarı Gerasimov Bakıda görüşüblər.

2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüş keçirilib.

2018-ci ilin aprelində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasında ilk görüş də Bakıda keçirilib.

2018-ci ilin dekabr ayında NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla ikinci görüşünü də Bakıda keçirilib.

Ukrayna böhranından yayınmaq üçün Azərbaycan yenə üçüncü ölkə statusunda Putin və Baydenin elçilərinə ev sahibliyi edə bilər. Hətta özlərinə də...


Azər AYXAN

“Yeni Müsavat” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın