Hökümət yeni sosial problemlərin qarşısında tab gətirə biləcəkmi? - ARAŞDIRMA

18, 04, 21
15:00

Hökümət yeni sosial problemlərin qarşısında tab gətirə biləcəkmi? - ARAŞDIRMA


Zaman ən güclü inevatordu. Zamanın çarxın kimsə saxlamaq qüdrətində deyil.Bunu etmək üçün sadəcə zamanın nəbzin tutun situasiyaya uyğun hərəkət etmək lazımdır. Bütün imperiyaların bir qalxış dövrü olduğu kimi eniş dövrüdə qaçılmaz prosesə çevrilir. Hakimiyyətlərdə belədir ki, hər zamanın öz sistemi və sistemə uyğun hakimiyyətlər formalaşır. Tarixin istənilən dönəminə fikir versək görərik ki, siyasi sistemlər formalaşdığı halda həmin situasiyaya adekvat hakimiyyətlər formalaşır. Bir qütblü dünya və qərb hegemonluğu öz məntiqi sonluğuna qədəm qoyub. Qərb demokratiyası müasir insanın şüurunda təbii dayaq almadığına görə deqradasiyaya məruz qaldı.Müasir insan pisxalogiyası daha çox təbii dayağı olan ideoloji maşına bənzəyir.
Mərkəzi Bank: Azərbaycanda problemli kreditlər 9 faiz təşkil edir -  modern.az
İnsanlar özlərinə yaxın olan müasir həyat formasını xalqlar olaraq öz milli düşüncə və dəyərlərini qorumaqla əldə etmək istəyirlər.Müasir insan keçmişinin mühüm elementlərin gələcəyə daşımaqla yeni həyat axtarışındadır. Qeyd etdiyim kimi Qərb və onun düşüncə tərzi deqradasiyaya uğradığından yeni dünya düzəmi formalaşır. Son günlər Qərb və Rusiya arasında olan gərgin siyasi atmosfer hər an özünün aktiv fazasına keçə bilər. Bəs dünya nəhənglərinin qarşı -qarşıya gəldiyi bir zamanda bizim ölkə hansı siyasi kursu tutmalıdır. Əgər desək ki, biz bu hadisələrdə neyteral qalmalıyıq və ya çox vektorlu siyasət yürütməliyik, bu gülünc olardı.
Uşaqlarım məktəbə gedə bilmir” - Daha bir sosial yardım problemi
Dünyanın hərbi və siyasi güclərinin qarşılaşdığı meydanda bu mümkün olan hal deyil. Əgər fikir versəniz Rusiya gözlənilməyən halda ölkələrindən bir milyondan çox miqrantı deportasiya edir.Rusiyadan qovulan əmək miqrantlarının 150 000- dən çoxu Azərbaycanlıdır.Bu insanlar illərdi Rusiyada işləyirdi və onlarda ölkəmizə küllü miqdarda valyuta gəlməsində xüsusi fayda verirdilər. Pandemiya və müharibə ölkə büccəsinə xeyli ziyan vurduğun nəzərə alsaq onda ölkədə iqtisadi sosial durumun bir azda pisləşəcəyin demək mümkündür.
Oğuzda sosial yardım problemi - Qafqaz Xəbər Agentliyi - qafqaznews.az
Bildiyimiz kimi sosial problemlər hər zaman siyasi böhran yaratmağa xidmət edib.Böyük ehtimalla ölkəyə qayıdası böyük insan kütləsi bir müddətdən sonra hakimiyyətdən iş və yaşam istəyəcək. Hökumət onsuzda sosial problemlərin içində boğulduğundan yeni problemlərin qarşısında tab gətirə bilməyəcək. Dünya və sistemlər var olduğu kimi problemlərdə hər zaman var olur, amma problemlərin həll edilməsi üçündə qapılar açıq olur. Deməli problem olduğu kimi onun həlli variantlarıda var. Görəsən qarşıdan gələn qatı dumanı dağıdıb aydınlığa aparan yolun yolçusu buna hazırdırmı.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın