İki “dövlətin” – “dovşanın” ardınca qaçan millət - İrəvanda “suverenlik” şivəni...

28, 03, 21
22:30

İki “dövlətin” – “dovşanın” ardınca qaçan millət - İrəvanda “suverenlik” şivəni...


“Bizim dövlət formal olacaq, müstəqilliyə malik olmayacaq, inkişaf etməyəcək. Dövlətimizi uçuruma yuvarladılır”. Bunu Ermənistanın eks-baş naziri (1990-1991) və müdafiə naziri (1992-1993), “Vətənin qurtuluşu hərəkatı” mifik qurumun baş nazirliyə namizədi Vazgen Manukyan deyib.

“Biz bu müharibədə (İkinci Qarabağ savaşında - red.) 5 mindən çox əsgər itirdik. Bu yəqin Ginnesin rekordu hesab edilə bilər ki, 44 gün ərzində 2,5 milyonluq xalq belə itkilərə məruz qalsın”, - Manukyan bildirib. Onu da deyib ki, Ermənistanın itkiləri təkcə müharibə ilə bitməyib, ölkənin məhkəmə sistemi, təhsil sahəsi hücumlara məruz qalır, AES-in bağlanılacağı deyilir.

Manukyan əlbəttə ki, hələ də “göylərdə süzən” avantürist erməni siyasətçilərdəndir. Çünki yerdə olsaydı, əvvəla etiraf edərdi ki, ordusu olmayan, xarici sərhədlərini rus hərbçilərinin qoruduğu, iqtisadi cəhətcə tam iflas olmuş Ermənistan adında dövlət artıq yoxdur. Yəni onun haqında indiki zamanda danışmaq sadəcə, siyasi şarlatanlıqdır. Özünü və bədbəxt millətini aldatmaqdır.
Public Council chairman Vazgen Manukyan steps down - aysor.am - Hot news  from Armenia
Səbəbkarlardan biri də elə onun özüdür - Qarabağda separatçı hərəkatın başında dayananlardan olmuş, 75 yaşında da ağla-kamala gəlməmiş Manukyan. Azərbaycan ərazilərinin işğalını davam etdirmək və rəsmiləşdirmək naminə Ermənistanı öz suverenliyindən imtina edib Rusiyanın satelliti və marionetinə çevirənlər. 1997-ci ildə Rusiya ilə 50 illiyinə (2047-ci ilədək) vassallıq müqaviləsi məhz bu səbəbə bağlanmışdı.

Amma yekunda “ip də getdi, it də”. Yəni iki erməni “dövləti”ndən heç biri qalmadı. “İki dovşanın (dövlətin – red.) ardınca qaçmaq ” məsələsi. Ayrı sözlə, Manukyan kimi radikalların ucbatından bu gün Ermənistan adlı simvolik dövlət də yox kimidir. İndi oturub ağlaşma qurmağın nə mənası? Ən absurdu odur ki, mövcud acınacaqlı duruma məsuliyyət daşıyanlar – manukyanlar, köçəryanlar, sərkisyanlar ortadan rədd olub getmək əvəzinə, yenə meydan sulayır, bədbəxt erməni xalqına gün ağlaya biləcək siyasilərin yaxına gəlməsinə, iş görməsinə imkan vermirlər. 
Ermənistanın ərəb dünyasına "açılım"ı: Rəsmi Bakı siyasi gedişlərini  artırmalıdır
Bişəkk, ermənilərin ən böyük düşməni kimsə yox, elə özləridir. Nə qədər ki, bunu toplum olaraq anlamayıblar, bu məxluqların başı qalda olacaq, bəlaları azalmayacaq. Baxırsan, ara-sıra bəzi erməni xadimləri çox xəsisliklə də olsa, bunu dilə gətirirlər. Amma çifayda? Dərhal da ənənəvi xislətləri güc gəlir və valı çevirirlər. Çünki “əzabkeş xalq”ın xroniki xəstəliyi o qədər dərinə işləyib ki, gərək azı, iki nəsil dəyişsin. O da o şərtlə ki, yeni nəslin beynini bələkdən başlayaraq, xəstə ideyalar və miflərlə doldurmasınlar. İmkan versinlər Kİ, heç olmasa, onlar normal Allah bəndəsi kimi böyüsünlər...

Misal üçün, Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq Ruben Safrastyan bir yandan deyir ki, “Türklərin bizim düşmənimiz olduğunu düşünmürəm”, “Əminəm ki, Ermənistan və Türkiyə normal münasibətlər saxlaya bilər, məhz normal münasibətlər, mehriban qonşuluq münasibətləri yox, çünki bunun üçün ciddi məsafə qət edilməlidir”, ancaq o biri yandan da iddia edir ki, “Problem Türkiyənin yürütdüyü siyasətdədir”.

Nəymiş bu siyasət?

Safrastyan öz aləmində izah verir: “Keçmişi unutmaq və hər şeyi təmiz vərəqdən başlamaq. Belə ifadələr yaxşı səslənir, amma bunu söyləyənlər Ankaranın siyasətini təhlil etməlidirlər. Ermənistanda heç bir ciddi siyasi qüvvə bu yanaşmaya hazır deyil. Ankara yalnız bizim öz tələblərimizdən, o cümlədən erməni identikliyinin ayrılmaz hissəsi kimi “soyqırımın” tanınması tələbindən imtina etməyimizi istəyir. Ermənilərin, Ermənistanın, “Artsax”ın Türkiyənin təklif etdiyi yolu tutmağa hazır olduğunu düşünmürəm”.

Bu da erməni konstruktivliyi. Sual da budur ki, yalan-palan üzərində qurulmuş erməni xarici siyasəti yenə davam edəcəksə, o zaman Türkiyə ilə mehriban qonşuluq münasibətlərini demirik, adi qonşuluq münasibətləri necə alınacaq? Axı bəribaşdan cinayətkar adlandırdığın, qatil saydığın qonşu ilə necə normal əlaqələr yaratmaq olar?! Türkiyə olmayan genosidi necə tanısın? Ardınca da ermənilərin maddi, mənəvi və torpaq təzminat tələbləri ilə üzləşsin, eləmi?

Bütün tarixi sənədlər ortada: Osmanlının son illərində orada heç 1.5 milyon erməni yaşamayıb. Anma bunlar iki əsrdir o qədər sayda erməninin öldürüldüyünü sarsaqlayırlar. Elədirsə, o zaman ermənilərin kökü çoxdan kəsilməli idi ki. Amma kəsilib eləməyib. Onlar özlərinə hətta qədim türk torpaqlarında “Ermənistan” adında saxta dövlət qurublar. Dünənədək Azərbaycanın daha 20%-lik ərazisində oturub özlərinə ikinci erməni dövlətini qurmağı xəyal edirdilər. Sığındıqları ermənipərəst xristian dünyasında, ABŞ-da, Fransada, Rusiyada isə indinin özündə Ermənistandan da çox erməni yaşayır. Bir lətifədə deyildiyi kimi, “Bu - ətdirsə pişik hanı, pişikdirsə - ət hanı?”..

Erməni türkoloqun başqa sitatı: “Ermənistanda Türkiyəyə qarşı dövlət səviyyəsində heç vaxt düşmən yanaşma olmayıb”.

Burdaca qışqırmaq istəyirsən: “Yalançının!..” Sizin saxta dövlətiniz də daxil, 100 ildən artıqdır nəfəsiniz “soyqırım” iddiası ilə gedib-gəlmirmi!? Bir əsrdir dünyanı “genosid” deyib bezdirməmisinizmi? Təbliğat maşınınız bütünlüklə Türkiyəyə, Azərbaycana əsassız torpaq iddiaları, işğala haqq qazandırmaq, Türkə bitib-tükənməyən nifrət üzərində qurulmayıbmı? Bəs konstitusiyanızda Türkiyə qarşı rəsmən əksini tapmış ərazi iddiası, gerbinizdə Ağrı (“Ararat”) dağının əksi necə olsun?

Müxtəsəri, “Qozbeli qəbir düzəldər”. Bir şərtlə, qozbel də erməni yox, adam olsun!..

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın