"İcra başçısı gəldi, şəkil çəkdirib getdi, vəssəlam, heç kim maraqlanmır" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

10, 03, 21
16:00

"İcra başçısı gəldi, şəkil çəkdirib getdi, vəssəlam, heç kim maraqlanmır" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR



“Məşğulluq 3 aydır məni get-gələ salıb. Heç kim maraqlanmır ki, bu adam nə yeyir, nə içir, necə dolanır? Rayon rəhbərinin müavininə deyirəm, deyir gözlə. Nə gözlə? Rayonun başçısı bir dəfə gəlib qapıma, şəkil çəkdirib, gedib, vəssəlam. Ombam qırıq, bədənimdə 12 qəlpə var, yaralı gəlmişəm. Heç kim maraqlanmır”.

Azerbaycanrealligi.com
xəbər verir ki, bu sözləri Yeniavaz.com-a Vətən müharibəsi qazisi, Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini Nəzirli Bəhram Hüseynəli oğlu deyib. O bildirib ki, əmək qabiliyyətini itirdiyi üçün ona təsərrüfat yaradılmasını istəyir: “2020-ci ilin dekabrın 25-də rayonun məşğulluq idarəsinə müraciət etmişəm. Əmək qabiliyyətimi itirdiyim üçün həkim işləməyimə icazə vermir. Çünki qəlpə qolumda sümüyü zədələyib və ombamı qırıb. Həkim deyir ki, sənin ən az 3-4 il iş qabiliyyətin yoxdur. Mənə təsərrüfat yaradılması üçün müraciət etmişəm. Amma 3 aydır məni get-gələ salıblar. Maraqlanan yoxdur”.

B. Nəzirli bildirir ki, könüllü olaraq ordu sıralarına qoşulub və Şuşada yaralanıb: “Oktyabrın 26-sı könüllü olaraq döyüşlərə yollanmışam. Noybar ayının 7-də Şuşada yaralanmışam. Şuşaya çıxmışdıq ki, bizə dedilər istiqamət dəyişir, Xankəndiyə gedəcəksiniz. Yola düşəndə artilleriya bizi vurdu”.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinə və Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etdik. Hər iki qurumdan məsələnin araşdırılacağı və bu barədə məlumat veriləcəyi bildirildi.

 Azerbaycanrealligi.com

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0558288841 (Whatsapp)

Bizimlə əlaqə saxlayın