Əli Kərimli Azərbaycanda Feminizim inqilabı hazırlayır: Siyasi ekspertdən sensasion yazı...

10, 03, 21
08:58

Əli Kərimli Azərbaycanda Feminizim inqilabı hazırlayır: Siyasi ekspertdən sensasion yazı...


8 mart beynəlxalq qadınlar günü şəhərin mərkəzində yad əllərlə qadın azadlıq və hüquqları adı altında bir qrup əxlaqsız yığını mitinq keçirdilər. "8 Marş" adlı bu nümayiş xalq arasında geniş müzakirə mövzusuna çevrildi və hətta bəzi siyasilər aksiyaya öz baxış bucağında fon verməyə çalışdılar. Əgər müxalif düşərgədə aksiyanın düzgün olduğun əsas götürüb, güya ölkəmizdə qadınların hüquq və azadlıqlarının cəmiyyətimiz, eləcədə hakimiyyət tərəfindən pozulduğunu bildirərək aksiyanın legitim olduğunu bildirdilər. Hakimiyyət isə müxalif düşərgənin fikirlərinə qəti etiraz edərək, aksiyanın siyasi sifariş olduğunu və siyasi stabilliyin pozulmasına hesablandığını əsas götürərək qeyri qanuni aksiya olduğunu bildirdi. Əslində heç bir tərəfin bu aksiyanın necə və hansı məntiqlə baş verdiyinin fərqində olmadığının şahidi oluruq. İlk növbədə hadisənin bu qədər sadə olduğuna varıb problemin hardan qaynağlanmasını unutmaq gələcəkdə milli mənəvi marağlarımızın təhlükə altına düşəcəyini unutmaq olmaz.

Əgər aksiya iştirakçılarının səsləndirdiyi şüarlarına diqqət etsəniz, görərsiz aksiya heçdə qadınların hüquq və azadlıqlarının müdafiəsi tədbirinə oxşamır. Bizlər bilirik ki, ölkə qanunlarında qadın hüquq və azadlıqları ən mükəmməl formada təsbit edilib, ölkə qadınları bu azadlıqdan yetərincə faydalanırlar. İndi gəlin məsələyə başqa prizmadan yanaşaq. Deməli bir qrup əsasən gənc qızlardan ibarət olan aksiya iştirakçıları qadın hüquq və azadlıqlarıdan çox feminist dəyərləri, yəni qadının qadınla və yaxud əks cinsin bir biri ilə evlənməsi, əxlaqsızlığın hüquqi müstəvidə təsbit edilməsi kimi istəkləri açıq formada tələb edirlər. Deməli arzuları istəklərindən daha böyük olan bu feministlər ölkənin ailə dəyərlərini kökündən dəyişmək üçün çalışırlar. İndi bir anlıq sadə ölkə vətəndaşı fikirləşsə ki, onu əhatə edən yad ictimayi şüür onun evinə ayaq qoyub və bundan sonra övladlarlnın gələcəyini təsəvvür edə bilər. Bəs görəsən bu problem hardan və necə baş qaldırdı?  
Feminist Hərəkatının Bakıda 8 Mart aksiyasıYENİLƏNİB (YENİLƏNİB - VİDEO /  FOTO)
Əgər problemin kökünə getsək görərik ki, bu yad elementin ölkəmizə ayaq açmasında xarici faktorun olmasına baxmayar, bir toplum olaraq əsas günahkar  vətəndaş cəmiyyəti olaraq özümüzük. Cəmiyyət olaraq ölkəmizə qırağdan süni şəkildə yeridilmiş bu kimi yad fikirlərə qarşı əsaslı mübarizə apara bilsəydik, bu gün problemdən yaxa qurta bilərdik. Ölkə televiziyaları güya cəmiyyətin başını qarışdırmağla məşquldur, əslində efir mədəniyyətindən xəbəri olmayan, ailə tərbiyəsi olmayan, milli mənəvi dəyərlərimizdən xəbəri belə olmayan məxluqları efirə çıxararaq feminizmin yayılmasında vasitəyə çevrildi. Əgər əvvəllər incəsənət adamlarının təmtəraqlı həyatın insanlara yaşam nümünəsi olaraq sırıyırdılarsa, indi birazda irəli gedərək onları çılpaq geyimdə efirə çıxarıb ordanda evlərə və ailələrə həzm elətdirirlər. Təsəvvür edin ki, demək olar bu zümrəyə aid olanlar bir biri ilə öz bədənlərin cəmiyyətə göstərmək üçün rəqabət aparırlar. Nümunə olaraq birin demək istəyirəm ki, 8 mart günü "Ay zaur" verlişində nə biabırçılıqlar oldu. Belə faktlar çox təssüf olsun ki, ölkə televiziyalarının hamısında hər gün davam edir.
Feministlərin Bakıda keçirəcəyi yürüş üçün şüarları tənqid olundu – Foto –  Dialoq.info
Bu problem tək televiziyalada deyil, başqa sahələdədə qabarıq formada özünü biruzə verir. Təsəvvür edin ki, onsuzda məhdud olan iş yerlərinə kişiləri yox məhz qadınları daha çox cəlb edirlər. Bəzi məmurlar köməkçilərini xüsusən seçir və onun geyim formasını özü müəyyənləşdirir. Hələ bu harasıdı bəzi məktələr vahid məktəbli geyimi adı altında körpə qız uşaqlarını məcburi qaydada qısa ətək və ya şortik geyinməyə məcbur edirlər. Əgər qısa zamanda ölkənin milli mənəvi konsepsiyası qəbul edilməsə yaxın zamanda feminist inqilabı qaçılmaz faktora çevriləcək. Biz vətəndaş cəmiyyəti olaraq sərin başla yad ideyalara qarşı mübarizə aparmalıyıq. Məni vətəndaş olaraq düşündürən daha böyük məsələ bu əxlaqsızlıq aksiyasına ana müxalif patiya AXCP- nin açıq dəstək verməsi və əxlaqsız aksiyanı nəzarətlərində olan mətbuat vasitəsi ilə açıq formada dəstəkləməsidir. Əli  Kərimli və "Milli Şura" siyasi marağları xatirinə milli mənəvi dəyərlərimizi feminist düşüncəyə qurban verirlər. "Milli Şura" xarici sponsorların köməyi ilə ölkədə feminist inqilabı etmək istəyir.


Siyasi ekspert: Fizuli Bədirov

Azerbaycanrealligi.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0558288841 (Whatsapp)  





Bizimlə əlaqə saxlayın