Millətimizə və dövlətimizə tariximizin ən böyük qələbəsini yaşadan müzəffər SƏRKƏRDƏ...

07, 03, 21
21:00

Millətimizə və dövlətimizə tariximizin ən böyük qələbəsini yaşadan müzəffər SƏRKƏRDƏ...


Sentyabrın 27-də başlayan və  noyabrın 10-da Azərbaycan ordusunun şanlı qalibiyyəti ilə başa çatan 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində özünməxsus yer tutduğu, sadəcə milli tariximizə deyil, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazıldığı birmənalıdır. Bu müharibə sadəcə Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbəsi ilə əlamətdar olmadı, həm də bütün dünyaya Azərbaycan ordusunun yüksək peşəkarlığının, prezident İlham Əliyevin Ali Baş Komandan kimi yüksək sərkərdəlik qabiliyyətinin nümayişi oldu. 

Müharibənin ilk günündən etibarən sürətli əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan ordusu, çox qısa müddət ərzində irili-xırdalı onlarla yaşayış məntəqəsini düşmən işğalından azad etdi. Düşmənin 30 ilə yaxın müddət ərzində möhkəmləndirdiyi istehkamları, təbii və süni maneələri böyük ustalıqla dəf edən, işğalçı ordunun müdafiə xəttini yararaq onu pərən-pərən salan Azərbaycan ordusu, onun üçün  yerinə yetirilməsi mümkün olmayan heç bir tapşırığın olmadığını sübut etdi. Təsadüfi deyil ki, Azərbaycan ordusunun ölümcül zərbələri qarşısında darmadağın olan, böyük təlaş və vahimə keçirən  Ermənistan ordusunda nəinki adı əsgərlərin, hətta tağım, bölük, tabor komandirlərinin öz silahalrını atıb qaçması adi hala çevrilmişdi. Hansı ki, Ermənistan hökuməti, onun hərbi-siyasi rəhbərliyi  bu gün də 10 mindən artıq fərari ilə bağlı hansı qərar vermək gərəkiyini bilmir. Çünki fərarilərin sayı həddindən artıq çoxdur.

Müharibə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi müstəvidəki bilik və bacarıqları ilə yanaşı, şəxsi keyfiyyətlərini də üzə çıxardı. Müharibənin ilk günündən etibarən böyük qətiyyət sərgiləyən Ali Baş Komandanın əmr və göstərişləri ordumuzun müvəffəqiyyətlə irəliləməsini, onun qısa müddətdə işğaldakı torpaqlarımzı azad etməsini təmin etdi. 

Ali Baş Komandanın 44 günlük Vətən müharibəsindəki çoxsaylı sərkərdəlik keyfiyyətlərindən biri də hərbi əməliyyatların gedişatında müxtəlif qoşun növlərinin qarşılıqlı əlaqəsini səmərəli şəkildə təmin etməsi oldu. Məlum olduğu kimi, bu müharibədə Azərbaycan Respublikasının bütün qoşun növləri, onların xüsusi təyinatlı birləşmələri iştirak etdi. Bunca qoşun növünün vahid hərbi əməliyyatını təşkil etmək, bu zaman hər hansı çaşqınlıq və qeyri-müəyyənliyin baş verməsinə imkan verməmək, fərqli hərbi birləşmələri bir hədəf uğrunda mübarizəyə kökləmək heç də asan məsələ deyildi. Lakin Azərbaycan Respublikasının Ali Baş Komandanı bu mürəkkəb missiyanın da öhdəsindən uğurla gəldi və bununla da diplomatik müstəvidə olduğu kimi, hərbi müstəvidə də qeyri-adi sərkərdəlik qabiliyyətinə malik olduğunu göstərdi. 

Ali Baş Komandanın 44 günlük Vətən müharibəsindəki ən mühüm uğurlarından biri də bütün xalqı – kimliyindən, sosial statusundan, siyasi baxışından asılı olmayaraq hər kəsi dövlət və ordu ətrafında səfərbər etməsi oldu. Ali Baş Komandann hər bir çağırışını qətiyyətlə dəstəkləyən Azərbaycan xalqı müharibə günlərində dövlətə və orduya ciddi dəstək verdi, prezidenti və ordusu ilə böyük həmrəylik sərgilədi. Orduya qatılmaq üçün vətəndaşların çoxsaylı müraciətləri, əsgərlərimizə yardım üçün həyata keçirilən humanitar aksiyalar, müxalif siyasi partiyaların belə prezidentə dəstək bəyanatı ilə çıxış etməsi və s. xalqımızın Ali Baş Komandana olan inam və etibarının göstəricisi idi. Hansı ki, Ali Baş Komandanımızın xalqımızı milli tariximizin ən böyük qələbəsinə qovuşdurmaqla xalqın etimadını bir kəs daha doğrultmuş oldu.

44 günlük Vətən Müharibəsində diqqət çəkən ən mühüm məqamlardan biri də  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək peşəkarlıqla fəaliyyət göstərməsi oldu. Müharibənin ilk günündən etibarən öz işini hədsiz çeviklik, operativlik və dəqiqliklə quran Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, ordunun insan resursu ilə vaxtında təminatını böyük bacarıqla həyata keçirdi. Nəticədə, ordunun peşəkar kadr ehtiyatları ilə təmin olunmasında heç bir ləngimə baş vermədi. Bu isə Azərbaycan ordusunun hücum əməliyyatlarının uğurla nəticələnməsində mühüm rol oynadı. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən Müharibəsindəki fəaliyyətində diqqət çəkən məqamlardan biri də səfərbərlik çağırışında müasir texniologiyanın nailiyyətlərindən uğurla istifadə etməsi oldu. Belə ki, müharibə dönəmində qismən səfərbərliyə cəlb olunan vətəndaşlarımızın orduya çağırışlmasında mobil operator xidmətlərindən, zəng və sms üsulundan geniş istifadə olundu ki, bu da həm vətəndaşların vaxtında xəbərdar edilməsini, həm vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvaviq şöbələrinə əvvəlcədən müəyyən edilən dəqiq vaxt ərzində müraciətini təmin etdi. Bununla da, həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz işini lazımi dəqiqlik və operativliklə yerinə yetirdi, həm də vətəndaşların rahatlığını təmin etdi –adıçəkilən qurumun yerlərdəki müvafiq şöbələri qarşısında uzun növbələrin yaranmasına, vətəndaşların bu növbələrdə vaxt və enerji itirməsinə imkan vermədi. Bütün bu faktlat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən müharibəsi dönəmində öz işinin öhdəsindən yüksək keyfiyyətlə gəldiyini sübut edir.

Artıq müharibə bitib və bu gün dövlətimizin qarşısında dayanan bir nömrəli vəzifə işğaldan azad edilən torpaqlarımızın minlardan təmizlənməsi, həmin ərazilərdə böyük abadlıq və yenidənqurma işlərinin həyata keçiriməsi, dağıdılan infrastrukturun bərpası və son nəticədə bu torpaqlardan didərgin salınan vətəndaşlarımızın doğma ata-baba torpaqlarına geri qayıtmasının təmin olunmasıdır. Əminəm ki, Azərbaycanı 44 günlük Vətən Müharibəsindən qalib çıxaran, dünyaya Azərbaycan ordusunun gücünü nümayiş etdirən Ali Baş Komandanımız bu tarixi missiyanın da öhdəsindən layiqincə gələcək, xalqımızı və dövlətimizi yeni uğurlara doğru aparacaq.
 

Natiq ƏLİYEV, general mayor 

Azerbaycanrealligi.com

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0558288841 (Whatsapp)   


Bizimlə əlaqə saxlayın