İki icra başçısının başı “kötük”də: Abşeron və Nəsimidə təşviş…


Abşeronun icra başçısı İradə Gülməmmədovanın ətrafında baş verənlər onun vəzifədən gedişini şərtləndirib. Artıq yuxarılar ondan çox narazıdır.

Gələn xəbərlərdə Prezidentin Abşeron İH rəhbəri yerinə yeni təyinatı olacağı iddiaları səslənməkdədir. Bu da səbəbsiz deyil, əsaslar var.

Azerbaycanrealligi.com xəbər verir ki, Reportyor.info-ya verilən məlumata görə, əvvəlcə İH-nin baş memarı Akif Əliyevin rüşvət ittihamı ilə həbsi icra başçısının vəziyyətini ağırlaşdırıb.

Ötən həftə isə bacısı oğlu, rayonda pul yığanı kimi ad çıxarmış Babək Alıyevin məhkəmə zalında qandallanması İ.Gülməmmədovanın postundan azad olunacağı ehtimallarını daha da gücləndirib.

Bir icra başçısının çevrəsində bu dərəcədə əndazəni aşan korrupsiya, özbaşınalıqların baş verməsi sözsüz ki, yaxşı nəticələnə bilməz.

İ.Gülməmmədovanın baş verənlərdən sonra Prezident yanında heç bir nüfuzu və etimadının qalmadığı bildirilir. Artıq dosyesi hazırlanıb.

Bir xanım icra hakiminin rəhbərliyi dövründə adının yalnız qalmaqallarda çəkilməsi, yaxın adamlarının həbsi, tikinti işlərində rüşvətlə iş gördüyü ittihamlarının səngiməməsi göstərir ki, vəzifəsindən azad ediləcək.

Onun Abşeronda şəhid ailələrinə Vətən müharibəsi qazilərinə laqeyd münasibəti, Qarabağ əlillərini vaxtilə döydürməsi faktları Prezident Administrasiyasına təqdim edilən dosyedə öz əksini tapmaqdadır.

Ümumiyyətlə, onun dövründə Abşeron rayonu inkişaf etməyib, qəsəbələr bərbad gündədir, İH başçısı yalnız ev tikmək üçün vətəndaşlardan pul alması ilə ad çıxara bilib.
Nəticədə iki adamı həbsə gedib. Bundan sonra ona humanizm göstərilə bilər, ən yaxşı halda əməllərinə görə ifadəsi alınıb evə yola salınacağı gözlənilir.

Reportyor.info bildirir ki, icra hakimiyyəti strukturlarında kadr dəyişikliklərindən daha biri paytaxtın Nəsimi rayonunda rəsmiləşə bilər. Qalmaqallı məmurlardan olmuş Asif Əsgərovun Nəsimi İH vəzifəsindən yaxın dövrdə azad olunacağı iddiaları yayılmaqdadır.

Onun rayonda yaşıllıqları məhv etməsi, əraziləri qarış-qarış peşkəş edib satması, Nəsimidə heç bir abadlıq-quruculuq işləri görməməsi buna əsas yaradıb.

Eyni zamanda Nəsimi İH-də maliyyə maxinasiyaları, A.Əsgərovun adamlarının pul yığmaqdan başının açılmaması, əvvəlki hadisələrə görə reputasiyasının zədələnməsi – yəni oğlunun avtoqəzada adam öldürməsi və digər məsələlər onun istefasını yaxınlaşdırmaqdadır.
Bir müddət əvvəl jurnalist Fərid Şahbazlı “facebook” hesabında A.Əsgərovun həbsinə çağırış etmişdi. Onun sözlərinə görə, hər dəfə DTX və digər hüquq-mühafizə orqanlarının korrupsioner, öz əməlləri ilə dövlətə, xalqa və cənab prezidentə qarşı xəyanət içində olan məmurlara, icra başçılarına qarşı əməliyyatlarını görəndə yadıma Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov düşür

A.Əsgərovun adı mətbuatda korrupsiya, məmur özbaşınalığı, “yaşıl soyqırım”dan başlayaraq seçki saxtakarlığına qədər ən müxtəlif qalmaqallarda hallanıb: “Hələ oğlunun “avtoşluq” edərək günahsız bir insanın ölümünə səbəb olması və sonra rahat şəkildə azadlıqda gəzməsi ilə bağlı xəbərləri demirəm…

Arzu və xahiş edirik ki, hörmətli hüquq-mühafizə orqanlarının əməkdaşları tezliklə yollarını Nəsimi rayonundan da salsınlar”.

Asif Əsgərovun Səbail rayon icra hakimiyyətinin başçısı olduğu illərə nəzər salsaq, həmin illərdə onun oğlunun avtoqəzada adam öldürməsi və deputat Adil Əliyevdən 30 min rüşvət istəməsi ilə gündəmə gəlmiş icra başçısı olduğunu görərik. Onu bitirən bu məlumatlar isə Nəsimi RİH-nin başçısı Asif Əsgərovu vəzifədən gedişini sürətləndirir.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

  • 06 apr, 14:00
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi
Onları koronavirusa görə itirdik... - Siyahı

Onları koronavirusa görə itirdik... - Siyahı

  • 30 mar, 18:00
Onları koronavirusa görə itirdik... - Siyahı
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

  • 07 mar, 18:00
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

  • 06 mar, 20:00
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar