Hacıbəy Zakatalski Ölkə başçısına müraciət etdi.
Xeyriyyətçi iş adamı Zakatala rayonunda yerləşən LƏZZƏT” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Hacıbəy Zakatalski üzləşdiyi məmur özbaşınalığı ilə bağlı ölkə başçısı İlham Əliyevə və digər güc strukturlarına şikayət məktubu ünvanlayıb. O, ünvanladığı məktubun bir nüsxəsini Azerbaycanrealligi.com saytına göndərərək dərc edib ictimayiləşdirilməsin xahiş edib.Sözü gedən məktubu oxucularmızın diqqətinə çatdırırıq.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına
Surəti :Azərbaycan Respublikasının Baş Prokuroru
Cənab kamran Əliyevə
Sürəti: Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin sədri Fərhad Abdullayevə
Hörmətli Prezident!
Hörmətli Baş Prokuror!
Hörmətli Konstitusiya Məhkəməsinin sədri!
Mən ölkəmizin ilk sahibkarlarından biriyəm. Ölkəmizin sahibkar qanunun işlənib hazırlanmasında mənim də çox zəhmətim olub.
Amerika yazıçısı Qreyk Kopitas özünün “Politbüro ayı ovunda” kitabının 8-ci fəslini mənim həyatıma həsr etmişdir. Bir çox xarici dövlətlərin fəxri vətəndaşıyam. Ölkəmizdə tanınan xeyriyəçiyəm. Hər şeyi Allah yolunda etmişəm, deputat olmaq üçün etməmişəm. Ölkəmizin müstəqilliyinə həsr olunmuş Beynəlxalq Dzüdo yarışının yeganə sponsoru olmuşam.
Hamısı faktdır, sübutdur 1987-ci ildə yaratdığım “Ləzzət” Ailəvi İstirahət Mərkəzinin şöhrəti tezliklə bütün dünyaya yayılmışdır. Çox təəsüflər olsun ki, ölkəmizin harınlamış, özlərindən başqa heç kimi tanımaq istəməyən, rüşvətxor dövlət məmurları mənimlə fəxr etmək əvəzinə, rüşvət vermədiyimə görə ( 17 ildir) həyatımı cəhənnəmə döndərmişlər. Möhtrəm Prezidenntimizə 2004-cü ildən bu il 2021-ci ilə kimi şikayət məktubları ünvanladım. Prezident aparatında işləyən, mənə qarşı düşmən olanların havadarları kimdən şikayət yazmışamsa, şikayət məktubunu onun ünvanına göndəriblər O, da məni böhtançı kimi qələmə verib, Zaqatala rayonunda işləyən Seyfəli adlı hakimə göndərib. Hakim də heç nəyi araşdırmadan mənə 6 ay icbari iş kəsdi. Hər ay 20 manat dövlətə ödədim.
Birinci dəfə Prezidentə ünvanladığım məktubun aqibəti belə oldu.
Sonralar Prezidentimizə, ölkəmizin aidiyyatı orqanlarına 20-yə yaxın şikayət məktubları göndərdim. Heç bir məktuba cavab gəlmədi.
Mən ölkəmizdə ilk qoyunçuluq ferma təsərrüfatını yaratdım. 32 ildir həmin təsərrüfat müvəffəqiyyətlə fəaliyyət göstərdi. 2017-ci ildə yoxlama zamanı müəyyən olundu ki, təsərrüfatımda 258 baş xırda buynuzlu heyvanlar çatışmır. Fermamızda baş çoban işləyən Məmmədov Rafiq Şəmsəddin oğlunun ucbatından qoyunlarım oğurlanıb satıldığı müəyyən olundu. Mən Məmmədov Rafiqi işdən çıxartdım. Baş vermiş çatışmamazlığı araşdırmaq üçün Məmmədov Rafiq Şəmsəddin oğlunu ofisə dəvət etdim, o isə gəlmədi. Mən Məmmədov Rafiqi Polis şöbəsinə verdim. Polis şöbəsində müəyyən etdilər ki, baş vermiş cinayət prokurorluğa aiddir.
Mən Məmmədov Rafiqi Zaqatala rayon Prokurorluğuna verdim. Baş vermş cinayəti Zaqatala rayon Prokurorluğunun müstəntiqi Valeh adlı şəxs aparırdı. ( Zaqatala rayonun keçmiş Prokuroru Əli Abdullayevin müstəntiq Valehin cinayət işinin aparılması xoşuma gəlmədi.) Mən Respublikamızın Baş Prokuroru Zakir Qaralova və Zaqatala rayon Prokuroru Əli Abdullayevə məktub ünvanladım. Bildirdim ki, Sizin apardığınız istintaq mənə laızm deyil, Siz düzgün istintaq aparmırsınız. Heç aidiyyatı olmayanları istitaqa cəlb edərək, Sizə əl verən qaydada qorxuzub izahat yazdırırsınız.
Nə Baş Prokurorluq, nə də Zaqatala rayon Prokurorluğu məktubuma reaksiya vermədilər. İstintaq yekunlaşanda məlum oldu ki, Məhkəmə Ekspertiza Mərkəzində 08 iyun 2018-ci il tarixdə daxil olmuş 12833 №-li Məhkəmə Əmtəşunaslıq Ekspertizanın rəyində 242 baş xırda buynuzlu heyvanlar orta bazar qiymətində 32720 manat müəyyən edilmişdir. Həmin məbləğ Əli Abdullayevin göstərişi ilə müstəntiq Valeh həmin məbləği azaldaraq 19140 manata salmışdır. Həmin məbləğin azaldılmasına heç bir əsas yoxdur.
Mən yenidən Prokurora bildirdim ki, Siz yenə istintaqı düzgün aparmırsınız. Nə üçün ümumi cinayət işindən 13580 manatı ayırıb, mülki işə verilməsini göstərirsiz. Heç bir cavab ala bilmədim. İşi verdilər məhkəməyə. Məhkəməni bir neçə dəfə uzatdılar. Məhkəmə hakimi A.İsmayılov mənə şəxsən bildirdi ki, mən prokuror Əli Abdullayev aparan istintaq heç nə deyə bilmərəm. 13580 manat mülki iş kimi sonradan məhkəməyə verə bilərsən.
Mən Zaqatala rayon Məhkəməsində mülki iş kimi iddia qaldırdım. Zaqatala rayon Məhkəməsinin sədri Elbrus Məmmədov mənə bildirdi ki, 13580 manatlıq mülki işə mən baxmayacam. Mən soruşdum, əgər Siz baxmayacaqsızsa mülki işin vaxtını və gününü niyə təyin etmisiniz. Mən iş adamıyam niyə mənim iş ahəngimi pozursuz. Bir neçə gündən Elbrus Məmmədov mülki işin hökmünü mənə göndərdi. Mən bildirdim Elbrus müəllim necə olur ki, məhkəmə baxmayan işin qətnaməsini mənə göndərirsiz.Mənə bildirdi ki, necə laızm elə də etmişik.
Qondarma mülki işin hökmündən Şəki Apellyasiya Məhkməsinə şikayət verdim. Şəki Apellyasiya Məhkəməsi 1(bir) aydan sonra məni məhkəməyə dəvət etdi. Mən işimi gücümü ataraq oraya getdim. Şəki Apellyasiya Məhkəməsinin hakimi Məcidov , Əsədli və Abbasov mənə bildirdi ki, sizin iddianız ləğv olunub və rəd edilib. Aradan bir ay keçəndən sonra mənə Şəki Apellyasiya Məhkəməsinin hökmü gəldi. Mən hakimə bildirdim ki, məhkəmə işə baxmayıb,siz necə olur mənə hökmü göndərdiniz soruşduqda , sənə dəxli yoxdur dedi. Bir qədər keçəndən sonra mən Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdim. Bir aydan sonra Ali Məhkəmənin Mülki Kollegiyasından 2(102)-4722/2020 saylı 17 noyabr 2020 ci il tarixli qərarın surətini aldım. Ali Məhkəmənin qərarında əvvəlki instansiya məhkəmələrin ssenarisini gördüm. Ali Məhkəmənin qərarndan heçnə yazmaq istəmirəm.
Qətnamələrdə hamısı böhtan, hamısı yalan yazılmışdır Belə çıxır ki, Azərbaycan Respublikasında pilləli məhkəmələr Prokurorluqdan başlayaraq hamısı biri birindən əlbirdi. Kim nə istəsə, necə istəsə hökm çıxarırlar.
Məhkəmə iclası keçirlmədən hökm çıxaran məhkəmə hakimlərindən ədalət gözlənilə bilməz. Cinayətkarları təmizə çıxarmaq üçün Prokurordan başlayaraq hakimlər gəlir mənbəyi axtarırlar. 17 ildir Məhkəmələrin, Prokurorluğun müxtəlif iyrənc üzlərini görmüşəm. Mənim yazdıqlarımın sübutu yoxdursa, mənası yoxdursa deməli mən Prokurora, Məhkəmə hakimlərinə böhtan atıram. Mənə ömürlük həbs cəzası verilməlidir. Sonda mən Sizdən xahiş edirəm mənə bildirin, mənə qarşı törədilən cinayətlər barəsində Azərbaycan dövlətində hara şikayət edə bilərəm.
Hörmətlə: Hacıbəy Zakatalski
“LƏZZƏT” Ailəvi İstirahət Mərkəzinin
rəhbəri, ağsaqqal
Azerbaycanrealligi.com