Müstəqim Məmmədovla Şahin Fətəliyev arasında nə baş verir? — 250 min qalmaqalı böyüyür

18, 02, 21
21:00

Müstəqim Məmmədovla Şahin Fətəliyev arasında nə baş verir? — 250 min qalmaqalı böyüyür


Bir müddətdir ki, KİV-də Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, onun tələbə yoldaşı Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salındığına dair məlumatlar yayılıb. Bildirilir ki, bir sahibkara satılan torpağın 250 min manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb. 

Azerbaycanrealligi.com xəbər verir ki, "Azpolitika.info"nun yaydığı məlumatda qeyd olunur. Bu hadisədən Tərtərdə az qala hamının xəbəri var. Mənbə həmçinin iddia edir ki, rayonun müharibə zamanı zərər görən ticarət obyektlərinə ayrılan vəsaitlərin də bir qismi sözügedən şəxs tərəfindən mənimsənilib: “Həmin obyektlər arasında başçının şəxsi obyektləri də var. Bu obyektlərdən Şahin Fətəliyevin və başçının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadənin ailə üzvlərinin adına olanlar da olduğu üçün, təqdim edilən ödəniş kartlarının Şahin Fətəliyev tərəfindən nağdlaşdırılaraq, pulun başçıya təhvil verilməsi tapşırılıb. Lakin bu vəsaitlər də onun tərəfindən mənimsənilib” .

Məsələyə aydınlıq gətirilməsi üçün Pravda.az olaraq icra başçısı ilə əlaqə saxladıq. O, suallara cavab verməkdən yayınıb.

- Müstəqim müəllim, haqqınızda mediada yayılan xəbərlərlə bağlı yəqin ki, tanış olmusuz...

Müstəqim Məmmədov: Cavab da vermişik…

- Bilmək istəyirdik ki, hazırda Şahin Fətəliyevlə əlaqəniz varmı?

Müstəqim Məmmədov: Şahin müəllim məzu... şeydədir. Yazmışıq, cavab vermişik, saytlara baxın. Deyərəm linki sizə də yollayarlar.

- Ən son Şahin Fətəliyevlə nə vaxt danışmısınız?

Müstəqim Məmmədov: ...

Sonra icra başçısı ilə bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.

Redaksiya: Bəzi hallarda jurnalistlərə irad tutulur ki, məlumatlar birtərəfli verilir, qarşı tərəfin mövqeyi öyrənilmir. Müstəqim Məmmədovun timsalında vəziyyəti aydın təsəvvür etmək mümkündür...

 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın