Böyük Zəfərin 100 günü - Azərbaycan hədəflərinə necə çatır...

18, 02, 21
17:00

Böyük Zəfərin 100 günü - Azərbaycan hədəflərinə necə çatır...


Vətən müharibəsindən 100 gün keçdi. Ötən bu yüz gün ərzində Qarabağda qazandığımız tarixi zəfərimizdən qürurla danışdıq, yazdıq, adı dastana dönən igid şəhid və qazilərimizdən bəhs etdik, ölümün gözünün içinə dik baxaraq bayrağımızı düşmən tapdağından təmizlənən torpaqlarımızda ucaldan oğullarımızın adını fəxarətlə çəkdik. Dağ kimi oğullar itirdiyimizə görə bir gözümüz ağladı, lakin digər gözümüzlə güldük, azı iki əsrdən sonra nəhayət, torpaqlarımızı azad etdiyimizə görə...

Bu 100 gündə ermənilərin ah-fəryadı davam etdi, hələ çox zarıyacaqlar. Bir-birini didirlər, parçalamağa hazırdırlar. Aydın oldu ki, “monolit” deyilən erməni diasporu əslində sabun köpüyü imiş. Erməni lobbisini də illər boyunca çox şişirtmişik. Bir az ordan-burdan baş qaldıranlar oldu, amma Azərbaycanın qazandığı böyük zəfərin geridönməzliyinə əmin olduqdan sonra qınlarına çəkildilər ermənisifətlər və ermənipərəstlər. 

Ermənistanda bir qrup ortaya çıxıb, revanş cəhdi göstərir, Qarabağı yenidən işğal etmək üçün. Ancaq onların əsas fikri budur ki, Qarabağı almağın yolu İrəvan və Xankəndini (?!) almaqdan keçir, yəni əvvəlcə ordakı hakimiyyətləri ələ keçirmək üçün cəhdlər göstərirlər. 20 fevralda keçirəcəkləri mitinqdə Nikol Paşinyan hakimiyyətinə güclərini göstərəcəklərini deyirlər. Hələ ad da qoyublar: “Vətəni xilas hərəkatı”. Görünür, hələ ağıllanmayıblar. Əslində indiki durumda ermənilərin içərisində ən ağıllı görkəmdə Nikol Paşinyan görsənir. Hər halda, bu, Şuşada yallı gedən, çaxır içib ağzına və ağlına gələni danışan, “Qarabağ Ermənistandır. Nöqtə” deyən Paşinyan deyil, ondan çox fərqlidir, hətta bəlkə də praqmatik, konstruktiv. Başına “dəmir yumruq” dəyəndən sonra Paşinyan hesab edir ki, Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaq lazımdır. O, Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiyasını da normal sayır, avantürist ermənilərdən fərqli olaraq. Üstəlik, kommunikasiyaların açılmasını həm də ermənilərin xilas yolu sayır. Bu mənada Paşinyan 10 noyabr 2020-ci il bəyannaməsini - kapitulyasiya sənədini imzalamaqla həm də Ermənistanı, erməniləri xilas edib. Savaş davam etsəydi, nəinki Xankəndində, hətta Ermənistanda indiki sayda erməni qalmayacaqdı. 
Azərbaycan Prezidenti laçında ile ilgili görsel sonucu
Müharibənin bitməsindən zaman keçdikcə, Azərbaycan Prezidenti demişkən, “siçan deşiyində gizlənən”lər üzə çıxırlar, Qarabağ caniləri. Əvvəlcə Robert Köçəryan ortaya düşüb “böyük siyasətə qayıtdığını” iddia etdi. Cəmiyyətdən düz-əməlli dəstək gəlməyəndə, üstəlik, təkcə azərbaycanlıların yox, 2008-ci ilin martında erməni xalqının da qatilinə çevrilən bu əclafın məhkəmələrdə süründüyünü görən Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan özünü ağıllı göstərməyə çalışdı. Budur, davamlı şəkildə müsahibələr verir, “təcrübəli” şəxs kimi. Gəncə şəhərində dinc sakinlərin hədəfə alınmasını, bununla da Ermənistanın beynəlxalq dəstəkdən məhrum qoyulduğunu deyən Sərkisyan elə danışır ki, sanki 29 il əvvəl Xocalıdakı soyqırımın başında özü dayanmayıb. Görəsən, doğrudan da qanmır ki, “Gəncənin raketlə vurulması əmrini mən verdim”, deyən alçaq Arutyunyan kimilər elə Sərkisyandan dərs alıblar illər boyunca. Sərkisyan deyildimi “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər biz onlarla zarafat edirik” deyən?!

Ancaq “itin quyruğunu kəsməklə qoyun olmaz” misalı var. ““İsgəndər”dən artıq müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi", - deyən də Sərkisyandır. Bunlar gor evinə qədər eyni düşüncə ilə gedəcəklər, heç şübhəsiz. Normal düşüncə sahibi deməzdi ki, ilk növbədə, neft və qaz kəmərlərinə zərbələr endirilməliydi.
Azərbaycan Prezidenti laçında ile ilgili görsel sonucu
Belə revanşistlərlə, alçaqlarla, qatillərlə bundan sonra da asan olmayacaq, bu, şübhəsizdir. Bunlar öz əməlləri ilə erməni xalqına qəbir qazıblar, hələ Qarabağda “miatsum” prosesini başladan zamanı. Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməklə, Qarabağda münaqişə ocağını alışdırmaqla çox böyük cinayətlər törədiblər, təkcə Xocalıda yox, Meşəlidə, Kərkicahanda, Qaradağlıda...Sərkisyanlar, köçəryanlar, ohanyanlar, saakyanlar, arutyunyanlar Qarabağdakı törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər bir gün. 4 mindən artıq azərbaycanlı əsir, girov və itkin sayılır, bu qatillərin hesab günü gələcək nə vaxtsa. Üstəlik, Qarabağdakı yeraltı, yerüstü sərvətləri də talayanlar nə vaxtsa qan qusmalıdır. Bu canilər bilirlər ki, dünyanın güc mərkəzlərini belə, beşinci nəsil müharibə silahları ilə düşmənini məhv etmiş Azərbaycana qarşı heç nə etmək iqtidarında deyillər. Ordusunun 80 faizi darmadağın, 10 mindən artıq ölüsü, üçqat artıq yaralısı olanlar, iqtisadiyyatı dağılmış, qənimət götürülmüş texnikaları Xəzərin sahilində sərgiyə (!) çıxarılan ölkənin başına gələnlər nə edə bilər ki? Sadəcə, onların revanşı həm də özlərini xilas instinktindən irəli gəlir, immunitet qazanmaqla özlərini mühakimə olunmaqdan qorumaq istəyirlər. Amma onların da vaxtı çatacaq, buna şübhə etmirik.
Azərbaycan Prezidenti laçında ile ilgili görsel sonucu
Azərbaycan Prezidenti son mesajlarını, xəbərdarlıqlarını Laçından səsləndirdi: düşmənə də, onu illərlə bəsləyənlərə də. 28 il yuxularımızda gördüyümüz məkanda bayrağımızı ucaltdı, Su Elektrik Stansiyasını açılışını etdi! Ermənilər sabaha ümidsiz, ölkədən qaçıb canlarını qurtarmaq istəyirlər bu günlərdə. Azərbaycan dövləti isə erməni vandalların darmadağın etdiyi müqəddəs yurdlarımızın abadlaşdırılmasına start verib, Qarabağı işıqlandıracaq stansiyalar qurur. Prezidentin və Birinci xanımın Qarabağda uzunömürlü çinar ağaclarını əkməsinin həm də simvolik mənası var idi-bu torpağın əbədi sakinlərinin qayıdacağını və tarix boyunca bu yerlərdə yaşayacağı mənasını verirdi. Dövlət başçısı azad olunmuş torpaqlarımızın əkininə başlamağı tapşırıb. Qorunan torpaq təbii ki, əkilməlidir. Şəhidlərin qanı ilə suvarılan torpaqlarımızın bəhəri bol olacaq, inşallah! Qarabağın düşmən əsarətindən xilas edilmiş bol sulu çaylarına qızıl balıqları buraxılması, müasir kəndlərin təməlinin qoyulması, dəmir yolu xəttinin qurulması, Şuşaya yol çəkilməsi kimi görülən işlər düşmən üçün göz dağıdır. Bütün istiqamətlərdə işlər gedir, Qarabağın dirçəldilməsi üçün. Son məlumata görə, 700 minə yaxın insan o torpaqlara qayıtmağa hazırdır. Torpaqların xilasından sonra Böyük Qayıdışla bağlı nəhəng layihələrə start verilib, təbii ki, Azərbaycana dost ölkələrin iştirakı ilə. Qarabağdakı 44 günlük savaş və qazanılan Zəfər Azərbaycanı dünyanın gözündə daha da böyütdü, dostlarını çoxaltdı, düşmən isə kiçildi, səsi, sözü eşidilməz oldu. Dövlət başçısının dediyi kimi, biz Qarabağı cənnətə çevirəcəyik, bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. “Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın