Masallıda xəstəxanada əməliyyat keçirildi- Baş həkim saxlanıldı VİDEO

23, 01, 21
20:00

Masallıda xəstəxanada əməliyyat keçirildi- Baş həkim saxlanıldı VİDEO


Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Masallıda əməliyyat keçirib.
Bu barədə “Report”un Cənub Mərkəzi xəbər verir.

Məlumata görə, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Azerbaycanrealligi.com xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda əməliyyat davam etdirilir: "Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək".


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın