Bu ölkədə də səfirliyimiz təsis ediləcək

14, 01, 21
12:30

Bu ölkədə də səfirliyimiz təsis ediləcək


Azərbaycanın Əfqanıstanda (Kabil şəhərində) Səfirliyi təsis ediləcək. 

Azerbaycanrealligi.com-un məlumatına görə, Prezident İlham Əliyev bu barədə qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Nazirlər Kabinetinə  Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın