Rayonlar və şəhərlərarası hərəkətinə icazə verilən şəxslərin SİYAHISI

09, 12, 20
15:00

Rayonlar və şəhərlərarası hərəkətinə icazə verilən şəxslərin SİYAHISI


Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə (xammal, istehsal vasitələrinin (gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin) istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi) fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edən təlimat hazırlanıb. 

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Təlimatlarda şəxslərin hərəkətini zəruri edən hallar göstərilib:

-  Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinə aşağıdakı hallarda yol verilir:

- kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət;

- heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası; iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması;

- bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması;

- gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və  kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi;

- aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi;

- heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti.

Sənədə əsasən, göstərilən sahələr üzrə fəaliyyət göstərən aşağıdakı şəxslərin rayon və şəhərdaxili, habelə rayonlar və şəhərlərarası hərəkətinə icazə verilir:

- fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları);

- tədarükçülər və təchizatçılar;

- aqronomlar;

- baytar həkimlər;

- zootexniklər;

- süni mayalanma mütəxəssisləri;

- mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə);

- mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər);

- bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən şəxslərin işçiləri.

Qeyd edilib ki, bu şəxslər ilə birgə onların istifadəsində olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın