sitename

Müqavimət qırıldı, Azərbaycan Ordusu irəliləyir


Dağlıq Qarabağda eskalasiyanın başlamasından dörd həftə keçir, amma erməni silahlı qüvvələri artıq acınacaqlı vəziyyətə düşüb. Azərbaycan PUA-ları və artilleriyası onları geri çəkilməyə məcbur edir. İtkilərinin yerini doldura bilməyən aciz erməni ordusu isə mövqelərini itirir.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə “Avrasiyanet”də (Eurasianet) Dağlıq Qarabağda Ermənistan ordusunun hərbi vəziyyətinin qeyri-müəyyən olması barədə dərc edilən məqalədə bildirilib.

Qeyd edilib ki, hazırda Ermənistan silahlı qüvvələri tam mühasirəyə alınmaq təhlükəsi ilə üz-üzədir:

“Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinə Azərbaycan artilleriasının əli çatır. İstisna edilmir ki, Azərbaycan bu yolu bir neçə gün ərzində nəzarət altına alıb və ya onun qarşısını kəsmək imkanına malik olacaq.

Cəbrayıl, Hadrut və Füzulini nəzarətə götürərək Azərbaycan hərbçiləri qərbə, Həkəri çayı vadisinə tərəf gedərək, şimala üz tutub. Qarşıdurma bitməyib, amma artıq aydındır ki, Ermənistan Azərbaycanın nailiyyətləri qarşısında acizdir və itkilərinin yerini dolldurmaq imkanına sahib deyil. Mövqelərini təslim etməmək cəhdi isə erməni ordusunun mühasirəyə düşməsinə səbəb olacaq.


Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsini dayandırmaq niyyətində olduğuna dair heç bir əlamət olmasa da, rəsmi Bakı uğuru hərbi əməliyyatların və ərazilərinin öz nəzarətinə qaytarılması baxımından əhəmiyyətli siyasi qələbə iddiasında ola bilər.

Hərbi üstünlük çoxdan Ermənistan üzərində keyfiyyət və kəmiyyət üstünlüyünə sahib olan Azərbaycan Ordusu tərəfindədir. Onilliklər ərzində rəsmi Bakı enerji resurslarının ixracından əldə olunan vəsaiti Rusiya, Türkiyə və İsraildən texnika almağa sərf edərək Silahlı Qüvvələrini modernləşdirib.

Ermənistan tərəfi Azərbaycanın onların hərbi zirehli maşınlarını, hava hücumundan müdafiə sistemləri, həmçinin hərbi obyektlərini məhv edən PUA-larına hazır deyildi. Az sayıda olan köhnəlmiş HHM sistemləri və hava hücumlarının hədəfinə çevriləcək şəkildə yerləşdirilmiş zirehli texnika Ermənistan ordusuna Azərbaycanın potensialına uyğunlaşma imkanı vermir.

Beləliklə, Azərbaycan müasir zirehli texnikanın dəstəyi ilə inamla irəliləyir. Ermənistanın müqaviməti zəiflədikcə Azərbaycan yerli üstünlük əldə edir. Bəzi bölgələrdə isə demək olar ki, müqavimətsiz irəliləyir.

Atəşkəs barədə razılığa gəlmək cəhdləri heç bir nəticə vermədi. Rəsmi Bakı açıq-aşkar qalib gəlir. Azərbaycan qoşunlarının getdikcə Ermənistanla sərhədə yaxınlaşması rəsmi İrəvan üçün daha təhlükləli ola bilər. Hərbi məğlubiyyətin Ermənistan rəhbərliyi üçün siyasi nəticələri olacaq. Rəsmi Bakının məqsədi Ermənistanın işğalı altında olan bütün Dağlıq Qarabağı və ətraf rayonları geri qaytarmaqdır. Tərəflər arasında atəşkəs razılığı olsa belə, Ermənistan bu addımı hərbi əməliyyatların hər an yenidən başlaya biləcəyini anlayaraq atacaq. Eyni zamanda, Ermənistanın böyük itkilərdən sonra silahlı qüvvələrini bərpa etmək üçün çox pis perspektivləri var”.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
  • 4 202
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
  • 1 101
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

  • 01 sen, 15:00
  • 1 925
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

  • 28 avq, 14:00
  • 2 094
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar