sitename

Çavuşoğlu Qarabağı misal göstərib həmkarına sərt cavab verdi: “Sizə kim bu səlahiyyəti verib ki...”


Xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Lindenin Türkiyənin Suriyadan çıxması çağırışına sərt reaksiya verib.

Azerbaycanrealligi.com xəbər verir ki, o, həmkarının bölgədə baş verən proseslərə ikili standartla yanaşdığını bildirib.

Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq birliyin sərgilədiyi tərəfli mövqeyi nümunə göstərərək nazirə belə cavab verib:

“Beynəlxalq birliyin atəşkəs çağırışlarını ağlabatan sayırıq, ancaq Ermənistana geri çəkilmək üçün əlavə bir çağırış edilsə, beynəlxalq birliyin bu problemi həll etmək istəyini görə bilərik, amma bu çağırış edilmədi. Söhbət Krım və Ukraynadan gedirsə, hamımız Rusiyanın geri çəkilməli olduğunu söyləyirik, ancaq Qarabağ məsələsində də eyni çağırışı etmirik.

Həmkarımın istifadə etdiyi bəzi ifadələr var, onlara cavab verməliyəm. Məsələn, Türkiyəni Suriyadan çəkilməyə çağırır. Diplomatiyada “çağırış” sözünü istifadə etmək ona yuxarıdan aşağı baxmaq kimi bir yanaşmadır, bu düzgün yanaşma deyil, bu söz səhvdir. Sizə kim bu səlahiyyəti verib ki, Türkiyənin Suriyadan çıxmasını istəyirsiniz? Suriya İsveç rəhbərliyinə və ya AB-yə belə bir səlahiyyət verib?

Suriyanı bölmək istəmirik, ancaq PKK-ya dəstək olmaq üçün geri çəkilməyimizi istəyirsiniz. İdlibdən də çəkilməyimizi istəyirsiniz? Bunu istəmirsiniz, çünki geri çəkilsək 3 milyon qaçqın gələcək”.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
  • 4 073
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
  • 1 019
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

  • 01 sen, 15:00
  • 1 810
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

  • 28 avq, 14:00
  • 2 020
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar