Ərdoğandan növbəti Qarabağ AÇIQLAMASI: "Şans yoxdur..."

09, 10, 20
08:05

Ərdoğandan növbəti Qarabağ AÇIQLAMASI: "Şans yoxdur..."


"Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğala son qoymaqdır".


Azerbaycanrealligi.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi və İş Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Ermənistanın Azərbaycana qarşı hücumları səbəbindən Dağlıq Qarabağ bölgəsində toqquşmaların davam etdiyini deyən Türkiyə Prezidenti bildirib:

“Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazisidir. Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in məlum qərarlarına və çağırışlarına baxmayaraq, Ermənistan bu torpaqlardan geri çəkilmir. İndiyədək Minsk qrupu problemi həll etmək üçün heç bir səy göstərməyib. Ermənistanın məsələyə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğalın dayandırılmasıdır. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunma şansı yoxdur. Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsini dəstəkləyirik. Ədaləti və qanunu müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın