SON DƏQİQƏ: Azərbaycan ordusu Füzuli istiqamətində irəliləyir

06, 10, 20
20:54

SON DƏQİQƏ: Azərbaycan ordusu Füzuli istiqamətində irəliləyir


Azərbaycan ordusunun sentyabr ayının 27-dən düşmənə qarşı başlatdığı əks-hücum əməliyyatı davam edir.

Azerbaycanrealligi.com xəbər verir ki, "Yeni Müsavat" qəzetinin Füzuliyə ezam olunan reportyor qrupu xəbər verir ki, cəbhənin ən gərgin nöqtəsi olan Füzulidə ordumuz uğurla və inamla irəliləyir.

Döyüşlərin başladığı ilk gündən etibarən qələbə xəbərlərinin gəldiyi Füzuli istiqamətində ordumuz irəliləməkdə davam edir.

Bu istiqamətdə bir çox kəndlərimiz işğaldan azad edilib. Artıq işğal altında olan Füzuli şəhəri istiqamətində əsas strajeti yüksəkliklər ordumuzun nəzarətindədir.

Füzuliyə əmin addımlarla irəliləyən ordumuzdan növbəti qələbəni gözləyirik.

İlkin Muradov

Məhəmməd Türkmən

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın