Son dəqiqə: Şəmkirdə ermənilərə məxsus PUA vuruldu. Müharibə başlayır?

21, 09, 20
00:52

Son dəqiqə: Şəmkirdə ermənilərə məxsus PUA vuruldu. Müharibə başlayır?


Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

Azerbaycanrealligi.com xəbər verir ki, Bu barədə Musavat.com-a Şəmkir rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi  eşidilib.

Yayılan xəbərlə bağlı araşdırma aparıb.
Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb.

Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın