Şəhid anaları şikayət edir: İmişli rayonu icra başçısı ilə görüşmək istəyirik, təhqir eşidirik - VİDEO

19, 09, 20
21:30

Şəhid anaları şikayət edir: İmişli rayonu icra başçısı ilə görüşmək istəyirik, təhqir eşidirik - VİDEO


İmişli rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlər çirkab suları və digər komunal problemlərdən əziyyət çəkmələri ilə bağlı şikayət edirlər. 28 ildir İmişli rayonunda məskunlaşan sakinlər rayon rəsmilərinin onların problemi ilə maraqlanmadıqlarını, əlavə olaraq rəsmilərin onların problemlərinin mediada işıqlanmasına maneələr törədildiyini iddia edirlər. Eyni zamanda məskunlaşanlar bildirir ki, rayonun yeni təyin edilmiş icra başçısı onları nə standart nə də onlayn qaydada qəbul edib problemləri ilə maraqlanmır. Azerbaycanrealligi.com informasiya portalı vasitəsi ilə ölkə başçısına və 1-ci vitse – prezidentə müraciət edən qaçqın və məcburi köçkünlər problemlərinin həlli üçün ölkə başçısından kömək istəyirlər.

Qeyd edək ki, İmişli rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə 2020-ci ilin may ayında prezident İlham Əliyev tərəfindən Rzayev Elçin Adil oğlu təyin edilib. Buna qədər Rzayev Elçin Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

İmişli rayonunun keçmiş İcra Başçısı Vilyam Hacıyev isə vəzifə səlahiyyətlərindən sui – istifadə edərək külli miqdarda pul vəsaitini mənimsədiyinə görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın