Dağlıq Qarabağdakı ‘’təlxəklər tamaşası’’nın nəyi Avropa Şurasının xoşuna gəlib – Prezidentin Tərtər mesajlarından çıxan nəticələr

07, 06, 20
16:12

Dağlıq Qarabağdakı ‘’təlxəklər tamaşası’’nın nəyi Avropa Şurasının xoşuna gəlib – Prezidentin Tərtər mesajlarından çıxan nəticələr

Avropa Şurası və Parlament Assambleyasının Azərbaycana qərəzi; ABŞ və Avropadakı hüquq pozuntuları gözardı edilir


Azərbaycanın müstəqil siyasəti, heç bir xarici təsirə boyun əyməməsi bir sıra qurumları ciddi şəkildə narahat etməkdədir. Bu narahatlıq getdikcə artır və həmin qurumların siyasətində özünü açıq büruzə verir. Avropa Şurası məhz belə qurumlardandır – Azərbaycanın digər dövlətlər kimi özünün qəbul etdiyi haqlı-haqsız qərarları sözsüz icra etməsini, xarici və daxili siyasətini onun diqtəsi ilə müəyyənləşdirməsini istəyən bu təşkilat istədiyinə nail olmayanda müxtəlif təzyiq üsullarına əl atır. Azərbaycanda olan ən xırda hadisə belə dəfələrlə böyüdülür, Avropa Şurasında müzakirəyə çıxarılır, müxtəlif qərarlar, qətnamələr qəbul edilir. Eyni zamanda AŞ kimi qurumlarla əlbir işləyən bir sıra beynəlxalq təşkilatlar fəaliyyətə keçirlər.

Bu gün dünyanın diqqəti ABŞ-da qaradərili vətəndaşlara qarşı irqiçi ayrı-seçkiliyə yönəlib. Bütün dünyada, eləcə də ABŞ-ın özündə qaradərili Corc Floydun ağdəirili polis tərəfindən amansızlıqla öldürülməsinə qarşı etirazlar keçirilir. ABŞ polisi bu etirazları yatırtmaq üçün ən qəddar üsullara belə əl atır. Nəticədə 15-dən yuxarı qaradərili etirazçı öldürülüb, yüzlərlə jurnalistə qarşı kobud davranışa yol verilib, minlərlə insan həbs olunub. Hüquq müdafiəçiləri ABŞ-da keçirilən etiraz aksiyaları zamanı polislərlə jurnalistlər arasında 320-dən çox insidentin yaşandığını bildiriblər. Bu barədə ABŞ-ın ondan artıq müstəqil jurnalist qrupunu birləşdirən qeyri-kommersiya təşkilatı “Press Freedom Tracker” tərəfindən Twitter plantormasında məlumat yayılıb: ““328+ mətbuat azadlığına hücum hadisəsi, 54+ həbs. Jurnalistlərə 208 hücum, polis tərəfindən media qrumlarının ofislərinə 173 basqı”.

Bu qədər qəddarlığın və zorakılığın qarşılığında Avropa Şurasından nə ABŞ-dakı iqri ayrı-seçkiliyə, nə də etirazçılara qarşı qəddar münasibətə etiraz bildirilməyib.

Təsəvvür etmək mümkün deyil ki, ABŞ-da polis və hüquq-mühafizə orqanlarının sərgilədiyi davranışın yarısı  qədər Azərbaycanda qəddarlığa yol verilsəydi, bu qurumda nə hay-küy qalxmışdı.

"Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!’’


AŞ-nin Azərbaycana münasibətdə yürütdüyü ikili siyasət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə də hiss olunmaqdadır. Belə ki, koronavirus pandemiyasına görə bütün dünyada seçkilər, digər kütləvi xarakterli tədbirlər dayandırıldığı bir məqamda mart-aprel aylarında Dağlıq Qarabağdakı qondarma rejim prezident və parlament seçkiləri keçirdi. Baxmayaraq ki, həm Ermənistdanda, həm də Dağlıq Qarabağda koronavirusa yüzlərlə yoluxan vardı, mövcud rejimlər insanların həyatını riskə atmaqdan çəkinmədilər. Tanınmayan bir qurumun keçirdiyi seçkiləri əksər beynəlxalq təşkilatlar, dövlətlər ya pislədilər,ya da tanımaqdan imtina etdilər. Lakin özünü dünyada insan hüquq və azadlıqlarının müdafiəçisi kimi görən AŞ-dən səs çıxmadı.

AŞ-nin bu qərəzli münasibəti Tərtərdə səfərdə olan zaman Prezident İlham Əliyev tərəfindən də dilə gətirilib: “Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı”.

Prezident haqlı olaraq qeyd edir ki, Avropa Şurası ölkəmizə qarşı qərəzli münasibətini həmişə sərgiləyir: “Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı. Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”.

Onu da qeyd edək ki, etiraz aksiyalarında iştirak edənlərə qarşı polis zorakılıqları yalnız ABŞ üçün deyil, elə Avropanın inkişaf etmiş ölkələri üçün də xarakterik haldır. İki il əvvəl Fransada “sarı jiletlilər”in aksiyaları zamanı on minlərlə şəxsin həbs olunması, etirazçıların ən qəddar formada döyülməsi hələ də yaddaşlardadır. Bu qəddarlığa görə nə Avropa Şurası, nə də onun Parlament Assambleyası Fransa hökumətinə qarşı hər hansı sanksiya tətbiq etmədi. İndi də eyni qəddarlıqlar ABŞ-da baş verir və Azərbaycan maraqla Avropa Şurası və AŞPA-nın reaksiyasını gözləyir.

Prezident İlham Əliyevin Tərtərdə açılışında iştirak etdiyi Dövlət Rəmzləri Muzeyindən bir fraqment...

Prezident bu məsələyə çıxışında xüsusi yer ayırıb: “ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir. Həmin səhnələrə baxdıqda məşhur Hollivud filmləri olan “Qara cəngavərin yüksəlişi” və “Coker” filmləri insanın gözü qarşısında keçir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir. Hadisələr zamanı internetdə jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmin hadisələri görməzdən gəlirlər.
Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı”.

Prezident İlham Əliyev AŞPA-nın Azərbaycana yönəlik siyasətində siyasi məhbuslar məsələsinin haqsız və əsassız olaraq hər zaman gündəliyə gətirməsi məsələsinə də münasibət bildirib: “Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz ki 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal sezilirdi.

Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik “Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!’’

AŞPA-nın cari ilin 9 fevral tarixində keçirilən parlament seçkiləri ilə bağlı qərəzli və ədalətsiz münasibəti də Prezident İlham Əliyevin nitqində yer alıb: “AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. Sual olunur. AŞPA Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA-nın bu qədər Azərbaycanı canı yanır”?

AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident İlham Əliyev qurumun təməlini təşkil edən bəşəri demokratik dəyərlərin qurumun özü tərəfindən heç də bəşəri qəbul edilmədiyini göstərməsi baxımından maraqlı müqayisə aparıb: “Əgər belədirsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir”.

Prezident İlham Əliyev qondarma Dağlıq Qarabağ xunta rejimində əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının - Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalmasına münasibət bildirib: “AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil”.
Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib - YENİLƏNİB ...
Qeyd edək ki, qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkilərinin COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsi məsələsi də geniş izah olunmalıdır. Pandemiya dövründə keçirilən seçkilərdə belə Qərb dövlətləri və AŞPA səslərini çıxarmadı. Hətta BBC seçkilərlə bağlı xəbərləri “Koronavirusun ortasında seçkilər” kimi manşetə çıxardaraq bunu bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışdı. Qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkiləri zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsi, bütün dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejiminin pandemiyaya qarşı gərəkli önləyici tədbirlərin almaması da diqqətdən kənarda qalmamalıdır.

Ermənistan rəhbərliyinin yarıtmaz siyasətinin nəticəsidir ki, artıq ölkə əhalisi arasında koronavirusa yoluxma kütləvi hal alıb. Bir həftədir hər gün ölkədə 500-dən yuxarı yeni yoluxma qeydə alınır. Baş nazir Nikol Paşinyan Ermənistanın artıq “cəhənnəmdə” addımladığını özü deyir. 200-dən yuxarı xəstə xəstəxanalara yerləşdirilmək üçün növbə gözləyir. Ermənistan ordusunda da kütləvi yoluxma halları qeydə alınmaqdadır. Dağlıq Qarabağla bağlı yoluxmaların çoxusu açıqlanmır, amma rəsmi elan olunan xəstələrin sayı 100-ə yaxınlaşır. Dünya, beynəlxalq təşkilatlar bu məsələni diqqətə gətirməlidilər.

Aydın məsələdir ki, dilənçiliyə alışmış Ermənistan rəhbərliyi koronavirus pandemiyasından da həm erməni lobbisindən, həm də beynəlxalq təşkilatlardan pul, yardım qopartmaq üçün istifadə edəcək. Yardım ayıran təşkilatlar koronavirusun yayılmasında Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışlarının rolunu nəzərdən qaçırmamalıdılar.

Azerbaycanrealligi.com





Bizimlə əlaqə saxlayın